Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tərəfdarları Saakaşvilini həbsdən azad ediblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tərəfdarları Saakaşvilini həbsdən azad ediblər

Kiyevdə bir neçə saat əvvəl saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili azadlıqdadır.


 
Bu barədə görüntülər M. Saakaşvilinin “facebook” səhifəsində canlı yayımda nümayiş olunub.

Reklam_3_11


 
Mixeil Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. M. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.   

 

 
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanmışdı. Bu barədə M. Saakaşvilinin “facebook” səhifəsində yayımlanan canlı yayımda göstərilib. Onu hüquq-mühafizə orqanları əməkdaşları yaşadığı binanın damında tutublar. 

 

 “Saakaşvili Rusiyadan 500 min dollar alıb”

 

“Əməliyyat-axtarış tədbirləri nəticəsində bəzi siyasətçilərin, ilk növbədə Mixeil Saakaşvilinin Yanukoviçin (Rusiyada yaşayan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç - “Report”), o cümlədən Sergey Kurçenkonun mütəşəkkil cinayətkar dəstəsi ilə əməkdaşlıq etməsinə dair faktlar aşkarlanıb”.


Bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko dekabrın 5-də Kiyevdə keçirdiyi brifinqdə bildirib.


O, cinayət işi üzrə bəzi detalları da açıqlayıb: “Ukrayna vətəndaşı Severino Denqadze Saakaşvilinin razılığı ilə Sergey Kurçenkonun hələ gizlənən etibarlı nümayəndəsi ilə görüşüb və keçmiş qubernatorun davamlı maliyyələşdirilməsi qarşlığında mütəşəkklil cinayətkar qruplaşmanın marağına işləyəcəyini vəd verib. Biz Saakaşvilinin Rusiyadan 500 min dollar aldığını müəyyənləşdirmişik”.


Y.Lutsenkonun sözlərinə görə, “Yeni Qüvvələr Hərəkatı”nın lideri M.Saakaşvili barəsində Cinayət Məcəlləsinin cinayətkar təşkilatlara dəstək vermək maddəsi ilə cinayət işi açılacaq: “Hazırda onun ektradisiyasından deyil, istintaqından söz gedir. Biz onun gecə-gündüz ev dustaqlığında qalması ilə bağlı vəsadət qaldıracağıq”.
Baş prokuror deyib ki, S.Danqadzeyə qarşı isə dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılacaq.  


Məlumata görə, tərəfdarları Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının M.Saakaşvilini həbs etməsinə imkan verməyiblər və o, sərbəst buraxılıb.

05.12.2017 13:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ