Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şabranda 700 hektar əkildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şabranda 700 hektar əkildi

Ötən iki ildə Şabran rayonunda 700 hektardan çox yeni fındıq bağları salınıb.

 

Reklam_3_11

Şabran respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 1000 hektarı bu rayonunun payına düşür.

 

Ötən ilə kimi rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 176 hektar təşkil edirdi. Təsərrüfatçılar 2016-cı ildə 250, bu il isə daha 400 hektar sahədə yeni fındıq bağları salıblar.

 

Şabran rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Fəxrəddin Osmanov bildirib ki, yeni salınan fındıq bağlarında əkilən tinglər əsasən Zaqatala-Balakən zonasından gətirilir. Noyabr ayında 26 min ting gətirilərək, fındıq bağı salan təsərrüfatçılara çatdırılıb.

 

Rayonda qarşıdakı illərdə daha 300 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur.

 

© Azərtac

06.12.2017 14:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ