Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Manat əmanətlərinin faizi aşağı düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manat əmanətlərinin faizi aşağı düşür

Xəbər verdiyimiz kimi, Azərbaycan bankları əhalidən cəlb edilən əmanətlərə təklif olunan faizləri aşağı salmağa başlayıblar. Əksər banklarda manat əmanətinə təklif edilən ilik qazanc faizi 10%-ə və ya daha aşağı düşüb.  

 

Reklam_3_11

Marja”nın apardığı araşdırma nəticəsində məlum oldu ki, yüksək faizlə (1 il müddətinə, 13% və daha yüksək faiz təklif edənlər) əmanət qəbul edən bir neçə bank qalıb. Həmin banklar, TuranBank, AtaBank, Dəmir Bank, MuğanBank, AGBank, AccessBank, NBC Bank və Bank Avrasiya-dır. Bu banklarda 1 il müddətinə, faizin götürülməsi şərtindən (aylıq, rüblük və ya müddətin sonunda) asılı olaraq 13-16,5%-lə əmanət yerləşdirə bilərsiniz. Qeyd edək ki, manat əmanətlərində sığorta faizi 15% təşkil edir.

 

Marja”nın əldə etdiyi məlumata görə, gələn ildən yüksək faizin olduğu bankların da faizləri aşağı salacağı gözlənilir. Bəlkə də, Dekabr ayı yüksək faizlə bankda əmanət yerləşdirmək üçün son aydır.

 

Yüksək əmanət faizlərinin olduğu bankların təklif etdiyi imkanlar fərqlidir. Bir bank əmanət yerləşdirənə hədiyyə verərkən, digər bank faiz qazancını əmanət yerləşdirən gün götürməyi təklif edir və s.  

 

06 Dekabr 2017-ci il tarixinə, 12 ay müddətinə, faizlərin götürülməsi şərtindən asılı olaraq faiz dərəcələri aşağıdakı kimidir. (Qeyd edək ki, banklar 13-36 ay müddətinə yerləşdirilən əmanələrə görə nisbətən yüksək faizlər təklif edirlər.)

 

Bankı adı

12 ay üçün faiz dərəcəsi

Access Bank

12,3-13%

AFB Bank

7%

AGBank

13-14%

Amrahbank

9-10%

AtaBank

15%

Azər Türk Bank

10,5-11%

Azərbaycan Beynəlxalq Bankı

9-10%

Azərbaycan Sənaye Bankı

12%                             

Bank Avrasiya

13%

Bank of Baku

12%

Bank BTB

11-12%

Bank Respublika

7-8%

Bank Silk Way

2%

Bank VTB (Azərbaycan)

11,4-12%

DəmirBank

13-15%

Expressbank

10-10,4%

Günay Bank

12%

Kapital Bank

8-8,5%

Muğanbank

15%

Naxçıvanbank

2-4%

NBCBank

13-14%

Paşa Bank

Min 30 min, Razılaşma ilə,

Rabitəbank

8-9%

TuranBank

16-16,5%

Unibank

9-10%

Xalq Bank

6%

Yapı Kredi Bank Azərbaycan

11%

Ziraat Bank Azərbaycan

9%

 

Banklar əhalidən cəlb etdikləri vəsaitləri sata bilmədikləri, yəni, kredit götürənlər azaldığından yüksək faizlə əmanət cəlb etməkdə maraqlı deyillər. Digər tərəfdən, fiziki və hüquqi şəxslərə bank hesablarından nağd vəsaitin çıxarılmasına məhdudiyyətlər tətbiq edildiyindən banklarda böyük məbləğdə vəsait yığılıb. Bu gün həmin vəsitlərin çoxu qısamüddətli olsa da, iqtisadiyyata ötürülə bilnmir. Banklar həmin vəsitlərin bir hissəsi ilə depozit və not hərraclarında iştirak edir, dövlət istiqrazları alırlar. Bu şəkildə vəsaitlər yerləşdirilərək qazanc götürülür.

07.12.2017 10:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ