"AzInTelecom" və "Microsoft Azərbaycan" anlaşdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC "Microsoft Azərbaycan" şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.
Tərəflər arasında əldə olunan razılığa əsasən "Azintelecom"un Data Mərkəzi və onun texniki imkanları vasitəsilə müasir, son texnologiyalara əsaslanan İKT həllərinin tətbiqinə dair gələcək əməkdaşlıq üçün müzakirələrə başlanacaq.
Şirkətlərin ümumi məramını həyata keçirtmək üçün nəzərdə tutulan potensial əməkdaşlıq istiqamətləri "Microsoft"un ən son data mərkəz texnologiyaları və xidmətləri üzrə dünya miqyasındakı təcrübəsi haqda müvafiq məlumatların, müasirləşdirmə və İT infrastrukturun qiymətləndirilməsi üçün informasiya təminatı, eləcə də hökumət və kommersiya qurumları üçün mövcud olan "Microsoft" lisenziyalaşdırma proqramları və təhlükəsizlik həlləri barədə "AzInTelecom"a məlumat verməkdən ibarətdir.
Potensial əməkdaşlıq çərçivəsində "AzInTelecom"da rəqəmsal texnologiyalardan istifadənin gələcəkdə daha da genişləndirilməsi və yeni İKT həllərinin tətbiqi məqsədilə birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 24 d. əvvəl
-
39 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
42 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
45 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 2 saat əvvəl