Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Önəmli məlumatların Dollara mümkün təsirləri açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Önəmli məlumatların Dollara mümkün təsirləri açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya valyuta birjalarında Amerikadan bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar investorların diqqət mərkəzindədir.


"İnvestAZ" İnvestisiya şirkəti bildirir ki, işsizlik səviyyəsi 4.1% olan ABŞ-da noyabr ayında yaradılan yeni iş yerlərinin sayına dair xəbərlər maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. Sonuncu dəfə qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayında dəyişikliyi ölçən göstəricinin (ing.: "NFP") gözləntilərdən zəif açıqlanması, dünya valyuta birjalarında dolların aparıcı valyutala nisbətən orta qiymətinin 2% ucuzlaşmasına səbəb olmuşdur.

Reklam_3_11


Təhlillərə əsasən, "NFP" 200 min nəfərin altında açıqlanarsa, bu, dollar indeksinin 94 punktdan 93 punkta kimi ucuzlaşmasına və ya 261 - 310 nəfər arasında açıqlanarsa, 95 punkta kimi bahalaşmasına səbəb ola bilər. 310 nəfərin üzərində dərc edilən göstəricinin isə dollar indeksinin son beş ayın maksimum səviyyələrinə kimi (95.90 punkt) dəyər qazanmasına təsir edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, əvvəlki ayın göstəricisinin də redakte edilməsi diqqət mərkəzində saxlanılmalıdır, çünki bu gün yayımlanan göstəricilər fonunda dolların qiymətində bahalaşma və ucuzlaşma daha da gücləndirilə və ya satışlar daha yuxarı qiymətlərdən başlaya bilər. 


Qızıl 1244$-a kimi ucuzlaşdı


Əlvan metallar bazarlarında isə qızılın qiyməti ucuzlaşmaqda davam edir. Artıq 1244$-a kimi dəyər itirən, qızılın bir unsiya üzrə qiymətinin 1240$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

08.12.2017 08:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ