Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İdxal olunan spirtli içkiləri arxayın "vura" bilərsiniz - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
İdxal olunan spirtli içkiləri arxayın "vura" bilərsiniz - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bəzi internet resurslarında Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı məlumatlar yer alır.
 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, yayılan bu cür informasiyalar əsassızdır və həqiqətə uyğun deyil:

 

"Belə ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır".


Məlumatda o da qeyd edilib ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə rəsmi məktubla müraciət edib: “Sorğuya cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib ki, qurumun toksikologiya şöbəsində 2017-ci il ərzində idxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb”.

08.12.2017 14:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ