Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bitcoin üçün lalə çılğınlığı xəbərdarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitcoin üçün lalə çılğınlığı xəbərdarlığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsveçin "Riksbank"ının idarəçisi və Basel komitəsinin sədri Stefan Ingves, qiyməti son 1 ildə təxminən 17 dəfə artan Bitcoin sərmayəçilərinə təhlükə barədə xəbərdarlıq edib.

 

"Marja" xəbər verir ki, kripto pul vahidi adı ilə təqdim edilən Bitcoin üçün "kripto bir şey olduğu qətidir, amma kripto pul vahidi demək səhvdir" deyən Ingves, Bitcoin-in yüksək volatilliyi və mərkəzi banklardan açıq bir dəstək almaması səbəbilə riskli olduğunu deyib. Ingves lalə "köpüyü" (lalə çılğınlığı/dəliliyi) nümunəsini göstərib.

 

"Keçmişdə bu cür hadisələrə baxdıqda, Bitcoin-in Lalə soğanları "köpüyü" ilə bir fərqi yoxdur. Keçmişə baxıb dərs çıxarmaq lazımdır"  - Ingves deyib.

 

Dünyanın ilk maliyyə köpüyü olaraq qəbul edilən lalə çılğınlığı 17-ci əsrdə elə bir səviyyəyə çatmışdı ki, lalə soğanları qiymətli məhsul olaraq Hollandiya birjalarında belə satılmağa başlamış və fyüşers müqavilələri bağlanmışdı.

 

Qiymətlərin artması ilə bir çox adam lalə bazarında yer almaq üçün ticarətə başlamışdı.

 

Dövrün ən məşhur lalə soğanı olan "Viceroy" ilə dörd kök öküz, səkkiz kök donuz, on iki kök qoyun, 480 litr şərab, 5250 litr pivə, iki ton kərəyağı, 500 kilo pendir alına bilinirdi.

 

Daha sonra lalələr kəskin ucuzlaşmış və "köpük" partlamışdı. 

 

Ingves bu ilin əvvəlində qiyməti 1000 dollar ətrafında olan Bitcoin-in 1 gündə 4-5 min dollara çatan qiymət dalgalanmaları ilə 15-20 min dollara yüksəlməsinin güvənli olmadığını qeyd edir. 

11.12.2017 05:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ