Dollar marjanın ləğvindən sonra daha sürətlə bahalaşır - 3%
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olundu. “Marja” xəbər verir ki, həmin tarixdən etibarən Dollar hərracda daha sürətlə bahalaşır.
Belə ki, 12 Yanvar tarixində keçirilən hərracda Dollar 0,7% və ya rəsmi məzənnə 1.7742 manatdan 1.7867 manata qalxdı.
Növbəti hərrac 16 yanvar 2017-ci il tarixində baş tutdu. Həmin hərracda manatın orta çəkili məzənnəsi 1.7867 manatdan 1.8045 manata yüksəldi. Yəni Dollar Manat qarşısında 1% qalxdı.
Bu gün də (18 yanvar 2017-ci il) Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1.8285 səviyyəsində formalaşmışdır. Beləliklə, Dollar daha yüksək nisbətdə - 1.33% qalxıb.
Beləliklə, ötən 6 gün ərzində (3 hərracda) Dollar Manat qarşısında rəsmi olaraq 3%, bu ilin ötən dövründə isə 3,3 faiz dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 29 d. əvvəl
-
40 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 4 saat əvvəl