Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kapital Bank-ın təşkilatçılığı ilə “Azərbaycanda Etika və komplayns” konfransı keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-ın təşkilatçılığı ilə “Azərbaycanda Etika və komplayns” konfransı keçirilib

 

Kapital Bank 6 dekabr tarixində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən keçirilən “Azərbaycanda etika və komplayns” adlı birinci konfransın rəsmi tərəfdaşı olub.

 

Konfransda AmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və İnformasiya təminatı İdarəsinin prokuroru Elnur Hümbətov və digər rəsmi qonaqlar iştirak ediblər.

 

Tədbirdə həmçinin Kapital Bank-ın əməkdaşı Kamil Lətifov da çıxış edib. Çıxışı zaman maliyyə və qeyri-maliyyə təsisatlarında, xüsusilə də banklarda komplayns sisteminin qurulmasının vacibliyindən, son dövrlər ölkəmizdə komplayns sahəsinin möhkəmlənməsinə və inkişafına xüsusi önəm verilməsindən, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının bu sahəyə nəzarətinin güclənməsindən söhbət açıb. Həmçinin bildirmişdir ki, Kapital Bank-da beynəlxalq qurumların (FATF, MONEYVAL və s.) müəyyən etdiyi standartlara uyğun komplayns sahəsi qurulub və təkmilləşdirilməsi üzərində işlər aparılır.

 

Qeyd edək ki, tədbir zamanı çıxış edən qonaqlar Azərbaycanda tətbiq edilən biznes təcrübələrinin müvafiq qanun, qayda və etik biznes davranışı prinsiplərinə uyğunluğunun təmin edilməsi və ölkənin biznes ictimaiyyəti daxilində komplayns mədəniyyətinin inkişafı baxımından vacibliyini vurğulayıblar.

11.12.2017 08:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ