Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“METAK”dan investorlara 14% gəlir təklifi - START VERİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“METAK”dan investorlara 14% gəlir təklifi - START VERİLDİ

“Metak” MMC BFB-nin “Listinq Məsləhət Proqramı” üzrə növbəti mərhələsinə start verildi.

 

Reklam_3_11

“METAK” MMC-nin Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP) üzrə növbəti mərhələsinə start verilmişdir. Beləki, Proqram çərçivəsində istiqraz buraxılışı üzrə emisiya prospekti dövlət qeydiyyatına alınmış və “METAK” MMC BFB-də Listinqə qəbul üçün müraciət etmişdir. “METAK” MMC-nin müraciəti üzrə BFB-də Listinq prosesi başladılmışdır. Bu barədə "Marja"ya Bakı Fond Birjasından bildirilib.

 

Birja qeyd edib ki, Listinq prosesi sona çatdırıldıqdan sonra Emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsi vasitəsilə paylaşılacaqdır.

 

Yerləşdiriləcək istiqrazların sayı 2 000 (iki min) ədəd, nominal dəyəri 1 000 AZN (bir min) istiqraz üzrə illik gəlirliyi 14 % təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 3 təqvim ayından bir ödəniləcəkdir.

 

Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınması imkanı nəzərdə tutulmuşdur.

 

BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır.

 

“METAK MMC” LAP-yə 28 mart 2017-ci il tarixində qoşulmuşdur.

 

Qeyd edək ki, "METAK" MMC Azərbaycanda polad və plastik borular və fitinqlər, tikinti işkələləri, qəliblər və müxtəlif növ kənd təsərrüfatı üçün məhsulların istehsalı və satışı ilə məşğul olan, 20 illik təcrübəyə malik şirkətdir. 

 

12.12.2017 13:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ