Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bitcoin 20 il sonra neçəyə olacaq?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitcoin 20 il sonra neçəyə olacaq?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Social Capital"dan Chamath Palihapitiya Bitcoinin qiymətinin qarşıdakı 20 il ərzində 1 milyon dollar səviyyəsinə çatacağını proqnozlaşdırdı.


 

Chamath Palihapitiya Bitcoin-ə ən erkən dövrlərdə investisiya qoyan investorlardan biridir. O Bitcoini qiyməti 100 dollar səviyyəsində olanda almışdır.


"Marja" xəbər verir ki, CNBC-yə qatıldığı bir proqramda danışan Palihapitiya, Bitcoinin növbəti 3 ilə 4 illik müddətdə 100 min dollara çatacağını və 20 illik müddət ərzində də 1 milyon dollara çatacağını proqnozlaşdırıb.


 
Chamath Palihapitiya, kripto valyutanın qarşısında hələ də uzun bir yol olduğuna inanır. İnvestor və Silikon vadisindəki digər iki dostu 2013-ci ildə dövriyyədə olan Bitcoin-lərin 5%-ni alıblar.

 
Palihapitiya investorların hazırda sahib olduqları pullarının 1%-ni  kripto valyutaya yatıracağına inanır. Onun sözlərinə görə, mərkəzi banklar sonsuza qədər pul kəsməyəcəklər və gec-tez kriptovalyutaların əhəmiyyəti artacaqdır.


 
Palihapitiya "Social Capital"ın qurucu ortağıdır və İcraçı direktoru vəzifəsində işləyir. O, daha əvvəl, Facebook-un yüksək səviyyəli rəhbər komandası arasında yer alırdı. Şirkətinin idarə etdiyi aktivlərin məbləği 2.6 milyard Dollar səviyyəsindədir.

13.12.2017 09:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ