Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Yaponiya şirkəti maaşları Bitcoin ilə ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiya şirkəti maaşları Bitcoin ilə ödəyəcək

Yaponiyada bir şirkət, işçilərinin əmək haqlarının bir hissəsini virtual pul vahidi Bitcoin ilə ödəyəcəyini açıqlayıb.
 


 

Reklam_3_11


"Marja" xəbər verir ki, "GMO İnternet Group" adlı şirkətdən bildiriblər ki, 2018-in mart ayından etibarən 4 min işçinin maaşlarının 100 min yenlik (təxminən 870 dollar) qisminin kriptovalyuta vahidi ilə ödənilməsi variantı təklif  olunacaqdır.
 

Virtual pul vahidi ilə ödəmənin işəgötürən və işçi arasında qarşılıqlı razılığa əsasən həyata keçiriləcəyi vurğulanan açıqlamada, Bitcoin ilə aparılan ödəmənin bu baxımdan ölkə qanunlarına uyğun olduğu qeyd edilib.
 

Qərarın, Bitcoinin təşviq edilməsi məqsədi daşıdığı qeyd edilib.

 

Bir neçə gün əvvəl dəyəri 19 min dollara qədər yüksələn virtual pul vahidi Bitcoin, ABŞ-ın Çikaqo şəhərindəki CBOE birjasında "XBT" kodu ilə ticarət olunmağa başlanıb.


 
Bazar dəyəri 280 milyard dolların üzərinə çıxan Bitcoin, beynəlxalq dərman şirkəti Pfizer və ABŞ-ın telekommunikasiya şirkətləri AT&T və Verizon kimi nəhəng şirkətləri geridə qoyur.


 
Dünya miqyasında 1200-ə yaxın digər virtual pul vahidlərinin ümumi bazar dəyəri isə təxminən 400 milyard səviyyəsindədir.

13.12.2017 09:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ