Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Qüds Fələstinin paytaxtı olacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qüds Fələstinin paytaxtı olacaq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir”.


Bunu Fələstin Dövlətinin başçısı Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə Zirvə toplantısında bildirib. 

Reklam_3_11


“O, bununla özünü ABŞ-ın əyalətlərindən birini İsrailə verirmiş kimi aparır. Bu gün Yaponiya, Böyük Britaniya belə ABŞ-ın yanında yer almayıb”, - o vurğulayıb. 


M.Abbas qeyd edib ki, İƏT-in fövqəladə sammitinin məqsədi Qüdsün hazırkı statusunun dəyişdirliməsinə qarşı müqavimət göstəməkdir: "ABŞ beynəlxalq hüququ saymır və biz buna etiraz etmək üçün buradayıq. Qüds Fələstinin paytaxtı olacaq. Qüds olmazsa, nə sülhdən, nə də müzakirələrdən danışmaq mənasızdır. Qüds Fələstində olmasa, sabitlik də olmayacaq. Mən bütün müsəlmanları müqəddəs yerləri qorumağa çağırıram. Livandakı ərəb torpaqlarının azad edilməsi bizim haqlı tələbimiz içərisində yer almaqdadır".


O vurğulayıb ki, Fələstin Dövlətinin paytaxtı olan Qüdsü müdafiə edəcəklər: "Prezident Donald Trampın qərarı və təlimatı beynəlxalq hüquqa, xüsusilə BMT-nin qətnaməsinə ziddir. ABŞ sülh danışıqlarında vasitəçilik haqqını itirib. Biz ABŞ-ın vasitəçi olmasını qəbul etməyəcəyik. Sizlərin də bizim bu qərarı dəstəkləməyinizi istəyirik".

 

© Report

 

13.12.2017 10:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ