Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İlin son iclasında "sürpriz" gözlənilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlin son iclasında "sürpriz" gözlənilmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Mərkəzi Bankının (AMB) sabah keçirəcəyi ilin son toplantısında  "sürpriz" bir qərara imza atacağı gözlənilmir.


 
"Marja" xəbər verir ki, AMB-nin İdarə Heyəti sabah Frankfurtda toplanacaq. Toplantının ardından bankının faiz qərarları açıqlanacaq. AMB Sədri Mario Draghi də verilən qərarlara dair mətbuat konfransı keçirəcəkdir.


 
İclasda AMB-nin yeni bir tədbirlər planı açıqlayacağı gözlənmir.

 


Avro Zonasında iqtisadi etibar yüksələrkən, işsizlik də yavaş-yavaş aşağı düşür. İqtisadiyyatın sürətlə artmağa başladığı bölgədə, inflyasiyada davamlı artım olmaması isə narahatlıq mənbəyi olmaqda davam edir.


 
Avropa Statistika Ofisinin (Eurostat) ilkin məlumatlarına görə, Avro Bölgəsində oktyabrda 1,4 faiz olan illik inflyasiya, ötən ay 1,5 faiz olaraq ölçülüb. İllik inflyasiya göstəricisi 1,6%-lik bazar proqnozundan aşğağı olub.


 
Dekabr iclası, bazarlarda "az əhəmiyyətli" hesab edilir.


 
Avro Zonasında pul siyasətini aparan AMB, regionda qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxıb səviyyədə inflyasiya hədəfləyir. AMB, bu istiqamətdə qiymətli kağız alşı proqramı və aşağı faiz siyasətini da əhatə edən bir sıra tədbirlər həyata keçirir.


 
AMB, oktyabr toplantısında  faizləri dəyişdirməmiş, 2017-ci ilin Dekabr ayına qədər aylıq 60 milyard avro olan qiymətli kağız alışı miqdarını  2018-ci ilin Yanvar ayından etibarən aylıq 30 milyard avro səviyyəsində 2018-ci ilin Sentyabr ayına qədər davam etdirəcəyini açıqlamışdı.


 
Əvvəlki iclasda yeni qərar açıqlayan AMB-dən, ilin son toplantısında yeni bir tədbirlər planı  gözlənilmir. Dekabr iclası, bazarlarda "az əhəmiyyətli" hesab edilir.

 

İqtisadi artım və inflyasiya proqnozlarının dəyişdiriləcəyi gözlənilir
 
 
AMB komandasının yeni makroiqtisadi proqnozlarını müzakirə edəcəyi iclasda, 2017, 2018 və 2019 üçün inkişaf proqnozları ilə yanaşı, gələn ilə dair inflyasiya proqnozunun da qaldırılacağı gözlənilir.
 
 

AMB, 2020 proqnozlarını daə ilk dəfə bu iclasdan sonra açıqlayacaq.

13.12.2017 11:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ