OPEC-in neft hasilatı azalıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatının noyabrda əvvəlki ayla müqayisədə 133 min barel azalaraq 32 milyon 450 min barrelə gerilədiyi bildirilib.


 
"Marja" xəbər ki, OPEC-in Neft Bazarı Hesabatına görə, noyabrda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 840 min barrel artaraq 97 milyon 440 min barrelə qalxıb.


 
Noyabrda OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 810 min barel artımla 57 milyon 820 min barelə yüksəlib.
 


OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki ayla müqayisədə gündəlik 133 min barrel azalaraq 32 milyon 450 min barrelə enib.


OPEC-in neft hasilatını azaltması ilə noyabrda qlobal neft hasilatında xüsusi çəkisi (payı) 33,3%-ə geriləyib.


 
Keçən ay OPEC daxilində xam neft hasilatı ən çox Nigeriyada artıb, Anqola, Səudiyyə Ərəbistanı, Venesuela və Birləşmiş Ərəb Əmirliklərində azalma müşahidə olunub.


 
Nigeriyada gündəlik hasilat noyabrda əvvəlki ayla müqayisədə 95 min 800 barrel artıb. Bu ayda gündəlik hasilat Anqolada 108 min 700 barrel, Səudiyyə Ərəbistanında isə 45 min barel azalıb.


İqtisadi və siyasi sahədə çətin bir dövrdən keçən Venesuelada isə gündəlik hasilat təxminən 41 min 100 barel düşərək 1 milyon 834 min barel olub.

 

QLOBAL TƏLABAT ARTMAQDA DAVAM EDƏCƏK


 
OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbi bu illə müqayisədə 1 milyon 510 min barel artımla gündəlik 98 milyon 450 min barelə çatacaq.

13 Dekabr 2017 , 18:09   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin