Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fed faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqladı

Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlandı.

 
“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası bu gün başa çatıb.


 
Gözlənildiyi kimi, iclasda uçot dərəcəsi 1,00%-1.25% aralğından 1,25%-1.50% aralığına qaldırılıb.

 

Beləliklə, Fed faizləri 25 bənd artırmışdır.

 

Fed bu il Mart və İyun aylarında hər birində 25 bənd olmaqla 2 dəfə faiz artırmışdı.

 

SÜRPRİZ YOXDUR

 

Fed bəyan edib ki, 2018-ci ildə 3 dəfə faiz artıra biləcəyini gözləyir. Bazarlar da gələn il faizlərin bu sayda artırılacağını gözləyirdi və bu gözlənti Dolların qiymətində indiyədək öz əksini tapmışdı. Əgər, Fed 2018-ci ildə 4 dəfə faiz artıracağını gözlədiyini açıqlasaydı, bu sürpriz olardı və Dollar güclənə bilərdi.  

 

Fed-in proqnozu ilə bazarların proqnozu üst-üstə düşdüyündən, Dollar mühüm valyutalar qarşısında dəyərdən düşüb. Saat 00:08-ə olan məlumata görə,  Avro/Dollar məzənnəsi 0,6% artaraq 1.1817 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb).

 

Fed 2018-ci ildə güclü iqtisadi inkişaf gözləyir. 

 
Federal Açıq Bazar Komitəsinin (FOMC) açıqlamasında, "Məşğulluğun artıması sağlamdır və işsizlik nisbəti daha da düşüb. İnflyasiyanın yaxın perspektivdə Fed-in 2 faiz olan hədəfindən aşağı qalmaqda davam edəcəyini, ancaq orta müddətdə hədəfimizin yaxınlığında "sabitləşəcəyini" gözləyirik",- qeyd edilib.

 

Bəyanatda diqqəti cəlb edən, Fed-in əvvəlki açıqlamasında bəhs etdiyi əmək bazarının "daha da güclənməsini" gözlədiyi barədə ifadələrə yer verməməsi olub. Bunun əvəzinə, "pul siyasətinin əmək bazarının güclü qalmasına kömək edəcəyi" ifadəsinə yer verib. Bu vəziyyət, Fed rəsmilərinin, əmək bazarındakı yaxşılaşmanın yavaşlayacağını gözlədiklərinə işarə edir.

 

 Fed sədri Janet Yellen gələn ilin Fevral ayında vəzifəsini Jerome Pauellə təhvil verəcək.

13.12.2017 19:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ