Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Unibank"ın kapitalı 130 milyon manata yaxınlaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Unibank"ın kapitalı 130 milyon manata yaxınlaşa bilər

“Unibank” təxminən 10 milyon manat dəyərində yeni səhmlərini satacaq. Diqqəti cəlb edən, səhmlərə abunə yazılışının elan edilməsidir. Bu, Banka yeni səhmdarların gələ biləcəyinə işarədir.


 

Reklam_3_11

“Unibank” Kommersiya Bankı ASC-nin nizamnamə kapitalının artırılması ilə əlaqədar olaraq, Bankın hər  birinin nominal dəyəri 2,72 manat  olan ümumi dəyəri 10 000 001,12 (on milyon  bir manat on iki qəpik)  manat  məbləğində səs hüququ verən 3 676 471  ədəd adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsi nəzərdə tutulur.

 

Səhmlər 12.12.2017-ci il tarixində AZ1003002024 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının  Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alınmışdır.

 

"Marja" xəbər verir ki, bu barədə Bankın elanında deyilir.

 

Bununla, Bank buraxılan səhmlərə abunə yazılışı elan edib və  abunə yazılışı müddəti  22  dekabr 2017-ci il tarixinədək (bu tarix daxil olmaqla) müəyyən edilir. 

 

Səhmlərin yerləşdirilməsi (səhmlərin satışı) kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcəkdir.


Eyni zamanda, Bankın mövcud səhmdarları səhmləri almaqda üstünlük hüququna malikdirlər və bu hüquqlardan istifadə edə bilərlər.

 

Səhmlər almaq və üstünlük hüququndan istifadə etmək niyyəti olduğu halda, əldə etmək istənilən səhmlərin dəqiq sayını göstərməklə abunə yazılışı üçün sifarişlərini yazılı şəkildə 22  dekabr  2017-ci il tarixinədək  (bu tarix daxil olmaqla) təqdim edə bilər. 

 

Sifarişlər abunə yazılışı üçün yuxarıda nəzərdə tutulan müddətlərdə səhmlərin yerləşdirilməsində anderrayter  kimi iştirak edəcək “Unicapital” İnvestisiya Şirkəti”nə təqdim edilməlidir: 

 

Səhmlərin hamısı satılsa, "Unibank"ın nizamnamə kapitalı 8,36% artaraq 119 686 326,72 manatdan 129 686 327,84 manata yüksələcək.

 

Xatırladaq ki, "Unibank" ASC 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 44 002 326 ədəd səhmi var. Səhmlərin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın DEG investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.

14.12.2017 06:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ