Xırda-xırda 320 min manat qazandılar
2020-ci ilədək “ABAD” xidmətləri vasitəsilə Şəki-Zaqatala iqtisadi regionunda 30-dək ailə təsərrüfatlarına dəstək göstəriləcək. Bununla da bu insanlar faktiki olaraq sahibkarlıq subyektlərinə çevriləcək və Azərbaycan iqtisadiyyatına töhfə verəcəklər. Kiçik ailə bizneslərinin inkişafına lazımi dəstəyin verilməsi ilə bağlı yeni layihə çərçivəsində ailələrin brendləri yaradılacaq, məhsulları istehsal olunacaq və satışa çıxarılacaq.
Bu sözləri “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev deyib.
“ABAD”ın direktoru bildirib ki, hazırda sıralarımızda 170 “ABAD”çı var, onlardan 25-i kənd təsərrüfatı istehsalı ilə məşğul olur. Digər mütləq əksəriyyət sənətkarlıqla məşğul olan “ABAD”çılardır. Bundan başqa, 5 sərgi-satış mərkəzlərindən əlavə “Bravo” mağazalar şəbəkəsində də bizim “ABAD”çıların məhsullarının satışı həyata keçirilir. Ötən müddət ərzində bütün məhsulların satış dövriyyəsi 320 min manata çatıb. Bu məbləğin 230 min manata qədəri “ABAD”çıların bank hesabına köçürülüb.
Hələlik iki istiqamət üzrə - kənd təsərrüfatı və dekorativ-tətbiqi xalq sənətkarlığı layihələrinə dəstək göstərdiklərini qeyd edən Rüfət Elçiyev deyib: “Biz yalnız kənd təsərrüfatı, sənətkarlıq deyil digər sahələri də dəstəkləməyə hazırıq. Əsas odur ki, maraqlı ideya, biznes plan olsun”, - deyə R.Elçiyev əlavə edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 6 saat əvvəl