Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Noyabrda qlobal neft hasilatı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Noyabrda qlobal neft hasilatı artıb

Qlobal neft hasilatı noyabrda əvvəlki ayla müqayisədə gündəlik 200 min barel artımla 97 milyon 800 min barrelə yüksəlib. OPEC-in hasilatı aşağı salmaq üçün verdiyi qərara əməletmə isə 115%-ə çatıb.


 
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) "Aylıq Neft Bazarı Raporuna Hesabatına" görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı əvvəlki aya nisbətən gündəlik 130 min barel azalaraq 32 milyon 360 min barel olub.

 

Xam neft xaricindəki OPEC-in şist nefti (neft tərkibli süxur fraqmentlərindən əldə edilən neft) hasilatı isə sutkada 6 milyon 930 min barrel təşkil edib. Beləliklə, OPEC-in ümumi neft hasilatı 39 milyon 290 min barel səviyyəsində baş tutub


 
OPEC-in hasilatı aşağı salmaq üçün verdiyi qərara əməletmə nisbəti isə keçən ay  91%-dən  115%-ə yüksəlib.


 
İstehsalda ən çox azalma, Səudiyyə Ərəbistanı, Anqola və Venesuelada baş verib. Səudiyyə Ərəbistanda maydan bu yana ən böyük azalma baş verib. Gündəlik hasilatı 80 min barrel azalan  Səudiyyə Ərəbistanında Noyabrda 9 milyon 970 min barel neft hasil olunub.


 
Keçən ay OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı isə gündəlik 300 min barel artaraq 58 milyon 500 min barelə yüksəlib. Buna səbəb ABŞ  və Qazaxıstanda neft hasilatının artmasıdır.


 
IEA proqnozlarına görə, 2018-də qlobal neft tələbinin gündəlik 1 milyon 300 min barel artımla orta hesabla 99 milyon 100 min barrel olacağı gözlənilir.
 

14.12.2017 11:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ