Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro Zonasında iqtisadi fəaliyyət gücləndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro Zonasında iqtisadi fəaliyyət gücləndi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avro Bölgəsində dekabrında ayı Satınalma Menecerləri Rəhbərləri İndeksi (PMI) 58 bəndə yüksələrək gözləntilərin üzərində baş tutub.
 


"Marja" xəbər verir ki, iqtisadi araşdırma təşkilatı "IHS Markit Economics"in məlumatlarına görə, Avro Bölgəsi  PMI noyabrda 57,5 ikən dekabr ayında 58 bəndə yüksəlib.

Reklam_3_11


 
Son 82 ayın ən yüksək səviyyəsini görən indeks, 57,2 bənd olan bazar proqnozunu üstələyib.


 
Avro Bölgəsində dekabrında emal sənaye PMI noyabr ayındakı 60,1 bənddən 60,6 bəndə qalxaraq ən yüksək səviyyəsinə çatıb, 56,2 bənddən 56,5 bəndə qalxan xidmət sektoru PMI isə 80 ayın ən yüksək səviyyəsini görüb.


 
 Avropanın ən böyük iqtisadiyyatı Almaniyada da PMI-lar yüksəlib.


 
"IHS Markit Economics"in baş iqtisadçısı Kris Williamson məsələyə dair açıqlamasında, "Avro Bölgəsindəki artımlara çox canlı bir emal sektoru liderlik edir. Eyni zamanda, daxili tələbat da xidmətlər sektorunda daha sürətli artıma yardım edir",- deyib.


 
Şirkətlər ilə həyata keçirilən sorğular əsasında müəyyən edilən PMI göstəriciləri, Avro Zonası iqtisadiyyatının vəziyyətinə və böyüməsinə dair mühüm bir göstərici olaraq qəbul edilir. İndekslərdə 50 bənddən yuxarı səviyyələr iqtisadi inkişaf kimi qəbul edilir.

14.12.2017 11:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ