Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın “Epi” markası bazara daxil oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın “Epi” markası bazara daxil oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Naxçıvan şəhərinin Əliabad qəsəbəsində süd məhsulları istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

 

İstehsal müəssisəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondu tərəfindən 251 min manat vəsait ayrılıb. Ümumilikdə isə müəssisənin işə salınmasına sahibkarın şəxsi vəsaiti də daxil olmaqla, 564 min manat vəsait sərf olunub.

 

Müəssisədə Türkiyə istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. Həmin avadanlıqların istehsal gücü 1 tona yaxındır.

 

Burada istehsalda xammal kimi istifadə olunan süd muxtar respublikanın rayon və kəndlərində fəaliyyət göstərən fermer və fərdi heyvandarlıq təsərrüfatlarından alınır.

 

İnsan orqanizmi üçün vacib elementlərlə zəngin olan 100 faiz təbii süddən xama, pendir, ayran, dovğa istehsal olunur və “Epi” əmtəə nişanı ilə daxili bazara çıxarılır.

 

Müəssisənin rəhbəri Elşad Məmmədov bildirib ki, süd məhsulları istehsalı müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluq probleminin həllinə də öz töhfəsini verib. Belə ki, ilkin mərhələdə burada 10 nəfər işlə təmin olunub. Gələcəkdə işçilərin sayının daha da artırılması nəzərdə tutulur.

 

© Azərtac

14.12.2017 14:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ