Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Draghi: İnflyasiya üçün hələ də təşviq lazımdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Draghi: İnflyasiya üçün hələ də təşviq lazımdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi, AMB-nin Cümə axşamı günkü pul siyasəti iclasından sonra keçirdiyi mətbuat konfransında, "İnflyasiya üçün hələ də əhəmiyyətli miqdarda təşviq lazımdır" deyib.

 

"Marja" xəbər verir ki, Draghi, iqtisadi trendin möhkəm olduğunu bildirib. 

 

Bank 2018-ci ilin Yanvar ayından Sentyabr ayına qədər aylıq 30 milyard avroluq istiqraz alışı (təşviq) planlaşdırır. İqtisadi mənzərə pisləşərsə, AMB təşviqi (istiqraz alışı) məbləğ və müddət olaraq artıra bilər.

 


 AMB, Avro Bölgəsinin iqtisadi artım proqnozlarını yüksəldib


 
"2020-ci ildə 1.7 faiz artım gözləyirik" deyən AMB Sədri, Avro Bölgəsinin 2017-ci ilə dair iqtisadi artım proqnozunu 2.2%-dən  2.4%-ə qaldırdıqlarını bildirib. Bankın 2018-ci il üçün artım proqnozu  1.8%-dən 2.3%-ə, 2019-cu il üçün 1.7%-dən 1.9% yüksəldilib.

 

İnflyasiya proqnozları
 

2019-ci il üçün inflyasiya proqnozunun 1.5 faiz səviyyəsində qorunduğunu qeyd edən AMB Sədri, bankın 2018-ci il üçün yeni inflyasiya proqnozu isə 1.4 faiz səviyyəsindədir. 2018-ci ilə dair əvvəlki proqnoz isə 1.2 faiz səviyyəsində idi.

 

Draghi tərəfindən edilən açıqlamaya görə AMB, Avro Bölgəsi inflyasiyanın 2020-ci ildə orta hesabla 1.7 faiz səviyyəsində olacağını təxmin edir.


Yeni inflyasiya proqnozları neft və ərzaq qiymətlərini əks etdirdiyini qeyd edən AMB sədri, AMB üzvlərinin inflyasiyaya dair etibarının artdığını bildirib.


 
Draghi, "Göstəricilər güclü iqtisadi artıma işarə edir" deyib.

 

AMB tərəfindən edilən açıqlamaya görə, bank faizlərdə dəyişikliklər etməyib.

14.12.2017 14:47

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ