Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda neft və qaz hasilatı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda neft və qaz hasilatı azalıb

2017-ci ilin yanvar-noyabr aylarında sənayedə istehsal olunmuş məhsulların və göstərilmiş xidmətlərin həcmi 3,8 faiz azalaraq 35,7 milyard manat təşkil etmişdir.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artmış, neft sektorunda isə 5,0 faiz azalmışdır. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma, 24,9 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.


Sənayedə qeyri-dövlət sektorunun payı 80,0 faiz olmuşdur. Ümumi istehsalın 89,8 faizi sənaye məhsulunun istehsalı, 10,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

 

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 24,9 milyard manat olmaqla əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 4,1 faiz azalmışdır.


Sahənin əsas məhsulu olan xam neftin hasilatı 35,3 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 16,6 milyard kub metr təşkil etmişdir. Neft hasilatı 6,2 faiz, əmtəəlik qaz hasilatı isə 2,2 faiz azalmışdır.

15.12.2017 05:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ