Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Abşeron İnşaat” Xətai və Nəsimidə 2 layihənin icrasını planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Abşeron İnşaat” Xətai və Nəsimidə 2 layihənin icrasını planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Xətai və Nəsimi rayonlarında daha 2 layihənin icrasını planlaşdırırıq".


Bunu "Abşeron İnşaat” MMC-nin direktoru Rövşən Abbasov bildirib.

 

"Ölkədə yaranmış əlverişli iqtisadi şərait nəticəsində bu günə kimi 10-dan artıq uğurlu layihələrimizi tamamlayıb istifadəyə vermişik. Şirkətimiz tərəfindən Yasamal, Xətai, Nəsimi və Binəqədi rayonlarında yaşayış binalarının tikintisi tamamlanıb və sakinlərin istismarına verilib. Sonuncu təhvil verdiyimiz layihə – “Yeni Yasamal” layihəsi oldu. Bütün layihələrimizi söz verdiyimiz kimi 2 ilə tamamlayıb təhvil veririk. Hal-hazırda Yasamal rayonunda  700 mənzilli “Qəbələ Residence” layihəsi uğurla davam edir. Həmçinin Xətai və Nəsimi rayonlarında daha 2 layihənin icrasını planlaşdırırıq.", - o deyib.

 

"Bütün layihələrimizi söz verdiyimiz vaxtda tikib təhvil veririk" deyən Rövşən Abbasov sözlərinə belə davam edib: "Əksər şirkətlər mənzillərin ümumi sahəsinə divarları da əlavə edir və nəticədə müştəri bu sahəyə görə əlavə pul ödəyir. Biz müştərilərimizə mənzilləri təmiz sahə ilə satırıq. Yəni gələcəkdə sakinlərimiz mənzillərinə çixarış alanda həmin sahə orda da qeyd olunur. Binalarımıza daim yüksək keyfiyyətli kommunal xidmətlər göstəririk. Qiymət siyasətimiz də çox sərfəlidir. Çalışırıq bizim qiymətlər bazar qiymətlərindən aşağı olsun".
 

"Abşeron İnşaat”  qiymətlər 850 manatdan başlayır.


Rövşən Abbasov alıcılara məsləhət görür ki, verilən vədlərə tez inanmasınlar: "Şirkətin daha əvvəl tikib, başa çatdırdığı binalarla tanış olub sonra qərar versinlər. Qaz və çıxarış ilə təmin olunub-olunmaması ilə, kommunal xidmətlərlə maraqlansınlar".  

 

 “Abşeron İnşaat” pilot layihələrdə iştirak etməyi nəzərdə tutmur, öz layihələrinə fokuslanıb.

 

“Abşeron İnşaat” MMC 2006-cı ildə təsis edilib. Şirkətin tərkibinə əsasən tikinti və xidmət sahəsi üzrə fəaliyyət göstərən – “A.M.K.” MTK, "AMK-YASAMAL" MTK, "AMK-Servis" MMC, “EMS” MTK və “Bilik” MTK daxildir.

 

© Qafqazinfo

15.12.2017 08:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ