"Azərbaycandakı mikromaliyyə investorlar üçün cəlbedici deyil"
“Azərbaycanın reytinqi aşağı düşdüyündən və insanlar kreditlər ilə yüklü olduğundan artıq Azərbaycanda mikromaliyyə investorlar üçün cəlbedici deyil. Bu, mikromaliyyənin ən böyük problemidir.”
“Marja” xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMA) icraçı direktoru Jalə Hacıyeva deyib.
O qeyd edib ki, devalvasiyalardan öncə Azərbaycanda mikromaliyyə də problemli kreditlərin xüsusi çəkisi 0,4% idi:
“Yəni, 1%-ə belə çatmırdı. Kreditlərin 99%-ndən çoxu geri qaytarılırdı. Bu gün isə faiz kəskin olaraq qalxmışdır, hazırda problemli kreditlərin xüsusi çəkisi təxminən 35-45% civarında dəyişir. Bu səbəbdən də, təkrarnaliyyələşməni cəlb etməkdə çətinliklər var. Azərbaycan investorlar üçün risklidir. İnanırıq ki, cari ilin sonuna kimi bu trend yaxşılaşacaqdır”.
Jalə Hacıyeva qeyd edib ki, hökumət tərəfindən kifayət qədər addımlar atılır, islahatlar aparılır: “İnanırıq ki,bu tədbirlər investorları Azərbaycana qaytaracaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
1 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
13 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 13 saat əvvəl