Azərbaycanın xidmətlər balansında 3 milyard dollara yaxın kəsir!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici dövlətlərlə iqtisadi əlaqələrində 9,7 mlrd. ABŞ dolları dəyərində qarşılıqlı xidmət formalaşıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bunun 6,1 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3,5 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir.
Nəticədə, xidmətlər balansında 2,6 mlrd. dollarlıq kəsir yaranıb. Bunun 95%-i (təxminən 2,5 mlrd. dolları) neft-qaz sektoru ilə əlaqədardır, əsasən təxminən 2 mlrd. dollarlıq tikinti xidmətləri və 656 mln. dollarlıq digər işgüzar xidmətlər hesabına yaranıb. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azalaraq 124 mln. dollar təşkil edib.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 14,5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 1,4 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 48,4%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemindən istifadə etməsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri 679,9 mln. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri isə 725,8 mln. dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 5% artıb.
2017-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 12% artaraq 4,4 mlrd. dollar təşkil edib. İlk 9 ayda turizm xidmətləri üzrə profisit illik müqayisədə 1,6 dəfə artaraq 331,2 mln. dollar təşkil edib. Bu, Azərbaycana gələn xarici vətəndaşların sayının 20,5% artması hesabına mümkün olub. Hesabat dövründə xarici ölkələr Azərbaycan rezidentlərinə turizmlə bağlı 2 mlrd. dollarlıq xidmət göstərib. Bunun 72,5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin payına düşür.
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə azalaraq 34 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə illik müqayisədə 30,2% artaraq 562,6 mln.dollar olub.
Min ABŞ dolları | |||
|
|
|
|
Göstəricilər | KREDİT | DEBET | FƏRQ |
| (daxilolmalar) | (ödənişlər) |
|
1 | 2 | 3 | 4 |
A. CARİ ƏMƏLİYYATLAR HESABI | 15 990 658 | 14 928 001 | 1 062 657 |
NEFT-QAZ SEKTORU | 10 234 207 | 5 233 139 | 5 001 068 |
DİGƏR SEKTORLAR | 5 756 451 | 9 694 862 | -3 938 411 |
XARİCİ TİCARƏT BALANSI | 10 791 456 | 6 389 813 | 4 401 643 |
Neft-qaz sektoru | 9 762 002 | 976 010 | 8 785 992 |
Digər sektorlar | 1 029 454 | 5 413 803 | -4 384 349 |
Malların ixracı (FOB) | 10 791 456 | 10 791 456 | |
Neft-qaz sektoru | 9 762 002 | 9 762 002 | |
Digər sektorlar | 1 029 454 | 1 029 454 | |
Malların idxalı (FOB) | 6 389 813 | -6 389 813 | |
Neft-qaz sektoru | 976 010 | -976 010 | |
Digər sektorlar | 5 413 803 | -5 413 803 | |
XİDMƏTLƏR BALANSI | 3 546 645 | 6 128 954 | -2 582 309 |
Neft-qaz sektoru | 177 682 | 2 636 295 | -2 458 613 |
Digər sektorlar | 3 368 963 | 3 492 659 | -123 696 |
Nəqliyyat xidmətləri | 679 848 | 725 792 | -45 944 |
Neft-qaz sektoru | 177 682 | 177 682 | |
Digər sektorlar | 502 166 | 725 792 | -223 626 |
Turizm xidmətləri | 2 351 556 | 2 020 366 | 331 190 |
Rabitə xidmətləri | 39 355 | 63 213 | -23 858 |
Tikinti xidmətləri | 37 801 | 2 014 632 | -1 976 831 |
Neft-qaz sektoru | 1 980 295 | -1 980 295 | |
Digər sektorlar | 37 801 | 34 337 | 3 464 |
Maliyyə xidmətləri | 5 109 | 27 722 | -22 613 |
Hökumət xidmətləri | 22 259 | 58 604 | -36 345 |
Digər işgüzar xidmətlər | 410 717 | 1 218 625 | -807 908 |
Neft-qaz sektoru | 656 000 | -656 000 | |
Digər sektorlar | 410 717 | 562 625 | -151 908 |
İLKİN GƏLİRLƏR | 851 933 | 2 113 322 | -1 261 389 |
Neft-qaz sektoru | 294 523 | 1 620 834 | -1 326 311 |
Digər sektorlar | 557 410 | 492 488 | 64 922 |
TƏKRAR GƏLİRLƏR | 800 624 | 295 912 | 504 712 |
B. KAPİTAL HESABI | 101 131 | 650 | 100 481 |
| Xalis maliyyə | Xalis maliyyə | |
| aktivləri | öhdəlikləri | |
| ("+" - artıb, "-" - azalıb) | ("+" - artıb, "-" - azalıb) | |
C. MALİYYƏ HESABI | 4 455 408 | 4 734 521 | |
NEFT-QAZ SEKTORU | 1 537 453 | 3 830 701 | |
DİGƏR SEKTORLAR | 2 917 955 | 903 820 | |
BİRBAŞA İNVESTİSİYALAR | 1 610 846 | 2 397 345 | |
Neft-qaz sektoru | 1 159 043 | 1 684 801 | |
Digər sektorlar | 451 803 | 712 544 | |
NEFT BONUSU | 1 406 | ||
PORTFEL İNVESTİSİYALARI | -4 695 | 2 763 554 | |
Neft-qaz sektoru | 942 433 | ||
Digər sektorlar | -4 695 | 1 821 121 | |
TÖRƏMƏ MALİYYƏ ALƏTLƏRİ | -3 332 | ||
Digər sektorlar | -3 332 | ||
DİGƏR İNVESTİSİYALAR | 2 852 589 | -427 784 | |
Neft-qaz sektoru | 378 410 | 1 202 061 | |
Digər sektorlar | 2 474 179 | -1 629 845 | |
Aktivlər | |||
Depozitlər və nağd valyuta | 1 282 992 | ||
Neft-qaz sektoru | 378 410 | ||
Digər sektorlar | 904 582 | ||
Kreditlər və ssudalar | 15 668 | ||
Digər sektorlar | 15 668 | ||
Ticarət kreditləri və avanslar | 1 553 929 | ||
Digər sektorlar | 1 553 929 | ||
Öhdəliklər | |||
Depozitlər və nağd valyuta | -1 145 470 | ||
Digər sektorlar | -1 145 470 | ||
Kreditlər və ssudalar | 351 720 | ||
Neft-qaz sektoru | 1 202 061 | ||
Digər sektorlar | -850 341 | ||
Ticarət kreditləri və avanslar | 365 966 | ||
Digər sektorlar | 365 966 | ||
Ç. EHTİYAT AKTİVLƏRİ | 2 202 576 | ||
Göstəricilər | KREDİT | DEBET | FƏRQ |
| (daxilolmalar) | (ödənişlər) |
|
D. BALANSLAŞDIRICI MADDƏLƏR | 760 325 | 760 325 |
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
43 d. əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 44 d. əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl