Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın tədiyyə balansı- GENİŞ MƏLUMAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın tədiyyə balansı- GENİŞ MƏLUMAT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yanvar-sentyabr ayları üçün Azərbaycan Respublikasının T Ə D İ Y Ə B A L A N S I

 

2017-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyə balansının ümumi profisiti 1.4 mlrd.$ təşkil etmişdir. Bu həm neft qiymətinin 25% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar, həm də neft- qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş vermişdir. Qeyri-neft sektoru üzrə CƏB-in kəsiri  isə  ötən  ilin  müvafiq  dövrünə  nisbətən  5%  (207 mln.$) azalaraq 3.9 mlrd.$ olmuşdur.

 

2017-ci ilin yanvar-sentyabr aylarında tədiyə balansının əsas göstəriciləri

                                                                                           Mln.$

Cari əməliyyatlar

1 062.7

Xarici ticarət balansı

4 401.7

Xidmətlər balansı

-2 582.3

İlkin gəlirlər balansı

-1 261.4

-İnvestisiya gəlirlərinin repatriasiyası

-879.1

Təkrar gəlirlər balansı

504.7

Kapital hesabı

100.5

Maliyyə hesabı

279.1

Xalis maliyyə aktivləri

4 455.4

o cümlədən:

 

- xaricə yönəldilmiş birbaşa investisiyalar

1 610.8

- portfel investisiyaları

-4.7

- törəmə maliyyə alətləri

-3.3

- digər investisiyalar

2 852.6

Xalis maliyyə öhdəlikləri

4 734.5

o cümlədən:

 

- Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar

4 500.3

- cəlb olunmuş investisiyaların repatriasiyası

-2 102.9

- neft bonusu

1.4

- portfel investisiyaları

2 763.5

- digər investisiyalar

-427.8

Balanslaşdırıcı maddələr

760.3

Tədiyə balansının ümumi saldosu (Ölkənin ehtiyat

 

aktivlərinin dəyişməsi; “+” artım, “-” azalma)

2 202.6

 

Qeyd: Tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 50$ (ötən ilin müvafiq dövründə 40$) olmuşdur.

 

Cari əməliyyatlar hesabı

 

2017-ci ilin yanvar-sentyabr aylarında cari əməliyyatlar hesabında 1.1 mlrd.$ məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə profisit 5.0 mlrd.$ məbləğində olmuşdur. Neft-qaz sektoru üzrə CƏB profisiti ö.i.e.d.n 2.0 mlrd.$ artdığı halda, qeyri-neft sektoru üzrə CƏB kəsiri 207 mln.$ azalmışdır. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 3.9 mlrd.$ məbləğində kəsirini tam örtmüşdür. CƏB profisitin əsas amilləri:

 

Xarici ticarət balansında profisitin 1.5 dəfə artması;

 

Neft-qaz sektoru üzrə ixracın 11.6 % artması, idxalın isə 1.9 dəfə azalması;

 

Qeyri-neft xidmətlər balansında kəsirin azalması, o cümlədən turizm xidmətləri üzrə balansın 331 mln.$ müsbət olması;

 

İlkin gəlirlər balansında kəsirin ö.i.e.d.n 536 mln.$ azalması;

 

Təkrar gəlirlər balansında profisitin (505 mln.$) yaranması.

Xarici ticarət balansı

 

Xarici ticarət dövriyyəsi 17.2 mlrd.$ təşkil etmiş və xarici ticarət balansı 4.4 mlrd.$ məbləğində müsbət saldo ilə nəticələnmişdir.

 

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dünyanın 184-dək dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13.3%-i MDB üzvü olan dövlətlərin, 86.7%-i isə digər xarici dövlətlərin payına düşür.

 

Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 10.8 mlrd.$ təşkil etmişdir.

 

Xarici dövlətlərə 8.7 mlrd.$ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft məhsullarının 275.8 mln.$-ı neft emalı məhsullarının, 8.4 mlrd.$-ı isə xam neftin ixracının payına düşür.

 

2017-ci ilin yanvar-sentyabr aylarında əlverişli məzənnə şəraitində qeyri-neft ixracı artım dinamikası göstərir, ölkənin qeyri-neft ixracı ötən ilin müvafiq dövrünə nisbətən 31.3% artaraq 1029.5 mln.$ təşkil etmişdir.

 

Əmtəə idxalı. Hesabat dövründə əmtəə idxalı 6.4 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 2.8 mlrd.$ olmuş, bunun da 1.0 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Neft-qaz sektoru üzrə idxalın azalması əksər layihələr üzrə işlərin xidmətlər fazasına keçməsi ilə bağlıdır. Qeyri-neft sektoru üzrə idxal isə ötən ilin müvafiq dövrünə nisbətən 12.8% artaraq 5.4 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (1.6 dəfə), dəmiryol nəqliyyat vasitələrinin (4 dəfə), kağız məmulatlarının (13.9%), kimya məhsullarının (11.8%), alkoqollu və alkoqolsuz içkilərin (11.3%) idxalı artmış, gəmilər qayıqlar və üzən konstruksiyaların (16.4 dəfə), qara metal və ondan hazırlanmış məmulatların (1.7 dəfə), dənli bitkilərin (24.1%), mebel məhsullarının (26.2%) idxalı isə azalmışdır.

 

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 12.4% təşkil edərək 793.4 mln.$ olmuşdur.

 

Xidmətlər balansı

 

2017-ci ilin yanvar-sentyabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi həcmi 9.7 mlrd.$ təşkil etmişdir. Bunun 6.1 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3.5 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında 2,6 mlrd.$-lıq kəsir yaranmışdır. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə azalaraq 124 mln.$ təşkil etmişdir.

 

Kəsirin 95%-i (2,5 mlrd.$) neft-qaz sektoru ilə əlaqədardır (əsasən 2.0 mlrd.$ tikinti xidmətləri və 656 mln.$ digər işgüzar xidmətlər).

 

Qarşılıqlı xidmətlər dövriyyəsinin 14.5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.4 mlrd.$ olan nəqliyyat xidmətlərinin 48.4%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 679.9 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 725.8 mln.$ təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 5% artmışdır.

 

2017-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 12% artaraq 4.4 mlrd.$ təşkil etmişdir. Cari ilin yanvar- sentyabr ayları ərzində turizm xidmətləri üzrə profisit ö.i.e.d.n 1.6 dəfə artaraq 331.2 mln.$ ( 2016-cı ilin 9 ayında 207.3 mln.$) təşkil edir (cari ilin 9 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 20.5% artıb).

 

Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2.0 mlrd.$ məbləğində olmuşdur. Bunun 72.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

 

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 2.5 dəfə azalaraq 34 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 30.2% artaraq 562.6 mln.$ olmuşdur.

 

İlkin gəlirlər balansı

 

Hesabat dövründə neft-qaz sektoru üzrə 1326 mln.$ kəsir, qeyri-neft sektoru üzrə isə 65 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir ö.i.e.d.n 1.4 dəfə azalaraq 1261 mln.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.0 mlrd.$ olmuşdur. Bunun 71.3%-ni (2.1 mlrd.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1.2 mlrd.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri- rezidentlərə ödənilən faizlər (277.8 mln.$) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (331.9 mln.$) təşkil edir.

 

Təkrar gəlirlər balansı

 

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1.1 mlrd.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 801 mln.$, ödənişlər isə 296 mln.$ təşkil etmişdir.

 

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90.6%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5.1%-ni ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 4.3%-ni isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 1.7 dəfə artaraq 725.5 mln.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 1.5 dəfə azalaraq 248.3 mln.$ olmuşdur (valyuta rejiminin sərtləşməsindən sonra köçürmələr azalmışdır). Nəticədə pul baratları üzrə 477.2 mln.$ müsbət saldo yaranmışdır.

 

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 504.7 mln.$ təşkil etmişdir.

 

Maliyyə hesabı

 

2017-ci ilin yanvar-sentyabr aylarında ölkənin xalis maliyyə aktivləri 4.5 mlrd.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1610.8 mln.$), portfel investisiyaları (-4.7 mln.$), törəmə maliyyə alətləri (-3.3 mln.$) və digər investisiyalar (2852.6 mln.$) hesabına formalaşmışdır.

 

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 4.7 mlrd.$ təşkil etmişdir ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (2397.4 mln.$), neft bonusu (1.4 mln.$), portfel investisiyaları (2763.5 mln.$) və digər investisiyalar (-427.8 mln.$) hesabına formalaşmışdır.

 

2017-ci ilin yanvar-sentyabr ayları üzrə xalis maliyyə aktivləri və öhdəlikləri

                                                                                                          Mln.$

 

Aktivlər

Öhdəliklər

Birbaşa investisiyalar

neft-qaz sektoru

digər sektorlar

Neft bonusu

Portfel investisiyaları Törəmə maliyyə alətləri Digər investisiyalar

ticarət kreditləri və avanslar

kreditlər və ssudalar

depozitlər və nağd valyuta

1 610.8

2 397.4

1 684.8

712.6

1.4

2 763.5

 

-427.8

366.0

351.7

-1 145.5

1 159.0

451.8

-4.7

-3.3

2 852.6

1 553.9

15.7

1 283.0

C Ə M İ

4 455.4

4 734.5

 

Birbaşa investisiyalar

 

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.5 mlrd.$ olmuşdur. İnvestisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83.8% təşkil etmişdir.

 

2017-ci ilin yanvar-sentyabr aylarında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (1684.8 mln.$) artımı cəlb olunmuş investisiya ilə (3771.5 mln.$) kapitalın repatriasiyası (2086.7 mln.$) arasındakı fərqdən formalaşır.

 

Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 728.7 mln.$ olmuşdur.

 

Beynəlxalq Valyuta Fondunun tədiyə balansı üzrə yeni (6-cı nəşr) Təlimatının tələblərinə uyğun olaraq tədiyə balansının strukturunda kapital və maliyyə hesabı Aktivlər/Öhdəliklər prinsipi üzrə təsnifləşdirilmişdir.

 

Haşiyə 1. Azərbaycanın neft-qaz sektoruna cəlb olunmuş investisiyaların həcmi, strukturu, investorlar arasında pay bölgüsü və qoyulmuş sərmayələrin sonradan gəlir və kapital formasında ölkədən çıxarılması (repatriasiya) müvafiq beynəlxalq neft-qaz sazişlərinə və BVF-nun tövsiyələrinə əsasən həyata keçirilməkdədir.
Bağlanmış müqavilələr əsasında gəlirlərin "repatriasiyası" dövr ərzində xarici investorun yatırdığı investisiyadan əldə etdiyi gəlirdir. Qeyd edək ki, bu sazişlərə əsasən müvafiq konsorsiumlarda olan payçılar hesabat dövrü ərzində Azərbaycan iqtisadiyyatına qoyduqları investisiyaların hamısını hasil edilən və ixrac olunan xam neft şəklində geri götürürlər (kapitalın repatriasiyası). Bu əməliyyat faktiki olaraq tədiyə balansının  maliyyə hesabında ölkənin birbaşa investisiyalar üzrə xarici öhdəliklərinin azalması (mənfi işarə) deməkdir ("-" net incurrence of liabilities).

 

 

Kreditlər və digər investisiyalar

 

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 15.7 mln.$, xalis maliyyə öhdəlikləri isə 351.7 mln.$ artmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri əsasən bankların kreditləri hesabına azalmış, dövlət və dövlət təminatlı kreditləri hesabına isə artmışdır.

 

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1283.0 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 1145.4 mln.$ azalmışdır.

 

Ehtiyat aktivləri

 

Hesabat dövründə ölkənin ehtiyat aktivləri 2.2 mlrd.$ məbləğində artmışdır.

 

Haşiyə 2. Ehtiyat aktivləri – bu maddə Cari əməliyyatlar və Maliyyə hesabında  baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar hesabı kəsirli/profisitli olduqda, bu kəsir/profisit kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşməlidir/örtülməlidir. Lakin, əgər cari hesabın kəsiri/profisiti tam olaraq kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşmirsə/örtülmürsə, onda bu fərq ehtiyat aktivləri (valyuta ehtiyatları) hesabına maliyyələşə/örtülə bilər.


Tədiyə balansının ümumi kəsirini ehtiyat aktivlər maliyyələşdirmirsə (və ya əksinə, profisit ehtiyat aktivlərin artımında əks olunmursa), yaranan fərq balanslaşdırıcı maddələrdə saldo kimi öz əksini tapır.

 
  

 

18.12.2017 07:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ