Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"İşini düzəldək, pulunun filan faizi bizimdir” - XƏBƏRDARLIQ!

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İşini düzəldək, pulunun filan faizi bizimdir” - XƏBƏRDARLIQ!

Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov lisenziyası ləğv edilmiş digər bankların kreditorlarına müraciət edib.

 

Müraciətdə deyilir: “Son vaxtlar ləğv prosesində olan müflis bankların (məsələn, “Texnikabank”, “Zaminbank” və s.) kreditorları (əmanətçiləri) mənə tez-tez müraciət edir. Onlar deyirlər ki, bankda qalmış pulları haqda səs-soraq yoxdur, ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bu barədə heç bir məlumat vermir. Müflis olmuş ən iri bankın – “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri kimi onlara da yardım etməyimi xahiş edirlər. Bununla bağlı aşağıdakıları bildirirəm.

 

Əvvəla, bankda pulu qalmış şəxslərə müraciət edərək deyirəm: sizə verilən vədlərə inanmayın, korrupsion sövdələşmələrə getməyin. O cümlədən, arada gəzən adamların, dələduzların sözlərinə inanmayın. Söz gəzir ki, kreditorlara müxtəlif təkliflər olur. Məsələn, “gedək işini düzəldək, amma pulunun filan qədər faizi bizimdir” və yaxud “bankı (ya da ADIF-i) məhkəməyə verək, pulunu qaytaraq” və s. Bütün bunlar boş şeydir! Sizi sadəcə aldadıb əlavə pul qoparacaqlar.

 

Eyni zamanda, oturub gözləməklə də iş düzəlməyəcək. Prosesi nəzarətə götürməlisiniz. Bunun da yeganə yolu Kreditorlar Komitəsinin yaradılmasıdır. ADIF-in sabiq rəhbəri Azad Cavadov bütün müflis banklarda belə komitənin yaradılacağına söz vermişdi, amma cəmi 4 bankda yaradılıb. Tələb edin ki, sizin bank üzrə də yaradılsın. Komitə vasitəsilə Fondun fəaliyyətinə nəzarət edin, ləğvetmə üzrə məhkəmə prosesinə qoşulun.

 

“Bank Standard”ın Kreditorlar Komitəsinin təcrübəsindən istifadə edin. Digər bankların kreditorlarına da bu işdə məsləhət verməyə hazıram. Əsas odur ki, birləşib təşkilatlanasız. Gələcəkdə bütün kreditorlar komitələrinin əməkdaşlığı da məqsədəuyğundur.

 

Onu da qeyd edim ki, ADIF də müflis bankların kreditorlarına dair vəzifələri icra etmir. Belə ki, Kreditorlar Komitəsi olmadan belə, “Banklar haqqında” qanuna əsasən, Fond rübdə bir dəfə kreditorlara bankın əmlak vəziyyəti və ləğv planı haqda məlumatı təqdim etməlidir, amma etmir”.

 

© Report

18.12.2017 11:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ