Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Ölümcül Bitcoin-dən uzaq durmalısınız"

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "Ölümcül Bitcoin-dən uzaq durmalısınız"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Danimarka Mərkəzi Bankı, Bitcoin-ə investisiya qoymaq istəyənləri risklərə qarşı hazırlıqlı olmağa çağırıb və ehtimal olunan itkilər halında maliyyə bazarı tənzimləyicilərini ittiham etməmələri lazım olduğunu söyləyib.


 
"Marja" xəbər verir ki, Danimarka Mərkəzi Bankının sədri Lars Rohde, həftənin əvvəlində dövlət televiziyasına verdiyi müsahibəsində, kripto pul haqqında, "Ölümcül Bitcoin-dən uzaq durmalısınız" deyib.

Reklam_3_11


 
Rohdenin açıqlaması, ilin əvvəlindən bu yana dəyəri 1800 faizdən çox artan Bitcoinin bir "köpük" olduğuna dair narahatlıqları dəstəkləyib.


 
Mərkəzi Bankın sədri, xəbərdarlıqlara məhəl qoyan investorların, mümkün itkilər halında hər hansı bir rəsmi qurumdan yardım almayacaqlarını qeyd edib.


 
Bitcoinin nəzarət olunmayan bir bazar olduğuna diqqət çəkən Rohde, işlərin tərs getməsi halında kripto pul investorlarının rəsmi orqanlara şikayət etməməyi məsləhət görüb.


 
Avropa dövlətləri astronomik artım nisbətləri qeyd edən Bitcoin-ə qarşı hərəkətə keçməyə hazırlaşır. Fransanın iqtisadiyyat naziri, növbəti il Argentina rəhbərliyi altında fəaliyyət göstərəcək G20 qrupuna Bitcoini tənzimləmək təklifinin veriləcəyini açıqlamışdır.

19.12.2017 09:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ