“Finex Kredit”in kapitalının artırılması planlaşdırılır
““Finex Kredit” ASC-nin nizamnamə kapitalının 800 min manata çatdırılması barədə 2017-ci ilin əvvəlində qarşıya qoyulmuş strateji hədəfin bu ilin sonunadək təmin edilməsi planlaşdırılır”.
Bunu “Marja”ya “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədri vəzifəsini icra edən Rəşad Qasımov bildirib.
Hazırda “Finex Kredit”in nizamnamə kapitalı 600 min manatdır. Əgər yeni kapital artırımı uğurla reallaşarsa təşkilatın kapitalı 200 min manat da artacaqdır.
Kapitalın artırılması hesabına əldə ediləcək vəsait kreditləşmənin genişləndirilməsinə sərf olunacaqdır.
Qeyd edək ki, “Finex Kredit” ASC 2013-cü ildə 300 min manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb. Ötən 4 ildə təşkilatın kapitalı 2 dəfə artıb.
“Finex” şirkətlər qrupuna daxil olan “Finex Kredit” ASC-nin səhmlərinin 73,33%-i “Finance Leasing” ASC-yə, 14,9%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 11,77%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.
15 dekabr 2017-ci il tarixdə “Finex Kredit” Bank olmayan kredit təşkilatının yeni veb səhifəsinin (http://finexkredit.az) təqdimatı keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
3 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
3 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 15 saat əvvəl