Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sizə xaricdən pul göndərilirsə, bu bankdan kart alın- YENİLİK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sizə xaricdən pul göndərilirsə, bu bankdan kart alın- YENİLİK

VTB Qrup kartdan karta beynəlxalq köçürmələr xidmətini tətbiq etdi


 

Reklam_3_11

 

VTB qrup istənilən Rusiya banklarının müştərilərinə MDB və Gürcüstandakı VTB banklarının kartlarına sürətli pul köçürmə imkanı verən layihə reallaşdırıb.

 

Bank VTB Azərbaycandan "Marja"ya daxil olmuş məlumata görə, layihə “Multikarta” prosesinq şirkətinin dəstəyi ilə həyata keçirilib.

 

Beləliklə, bundan sonra bank VTB (Azərbaycan) plastik kart sahibləri onlara göndərilən pulları kart vasitəsi ilə ala biləcək və banklara gəlməyə vaxt itirməyəcək.

 

Əməliyyatı həyata keçirmək üçün müştərilərə bankın saytındakı xüsusi bölmədə köçürmənin məbləğini göstərmək və vəsaiti göndərənin və alanın kart rekvizitlərini əlavə etmək kifayətdir. Vəsait kart hesabının valyutasında köçürülür və hesaba oturulur. Bununla da pul vəsaitini alan şəxsə konvertasiya etməyə ehtiyac qalmır.

 

Əməliyyatın gün ərzində minimal məbləği 100 rubl, maksimal məbləği isə 100 000 rubl təşkil edir. Köçürmə zamanı komissiya VTB qrup tariflərinə uyğun olaraq tutulur.

 

Qeyd edək ki, vəsaiti göndərənin də, alanın da kartları Visa və ya MasterCard ödəniş sistemləri əsasında buraxılmalıdır. Yeni xidmətə https://perevod.vtb24.ru linki vasitəsi ilə keçmək mümkündür.

 

“Yeni xidmət maliyyə əməliyyatlarını tez və rahat şəkildə reallaşdırmağa imkan verəcək, çünki vəsaitin hesaba daxil olma sürəti cəmi bir neçə dəqiqə təşkil edir. İnternet olduqda, pul köçürmələrini istənilən vaxt və istənilən yerdən həyata keçirmək mümkündür. Bu zaman müştəri üçün vəsaiti alan şəxs barədə minimal məlumata malik olmaq kifayətdir” – deyə, bank VTB (Azərbaycan) Əməliyyat Departamentinin direktoru v.i.e. Anar Rəhimov yeni xidməti şərh edərkən bildirib.

 

“Yeni xidmət Rusiya banklarının, eləcə də MDB və Gürcüstandakı VTB banklarının müştərilərinin maliyyə rahatlığını təmin edəcək. Pul göndərən şəxsə artıq pul köçürmə sistemi axtarmağa və banka gedərək vaxt itirməyə ehtiyac qalmır, bundan başqa vəsaiti alan şəxsin də banka getməsinə ehtiyac qalmır, çünki o, pullarını kart vasitəsi ilə əldə edir” – deyə, “Multikarta” prosesinq şirkətinin baş direktoru Kiril Sviridenko bildirib.

19.12.2017 11:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ