Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Lüksemburqun Təlim Mərkəzi Azərbaycanın bank əməkdaşlarını məlumatlandırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lüksemburqun Təlim Mərkəzi Azərbaycanın bank əməkdaşlarını məlumatlandırıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Təlim və Maarifləndirmə Mərkəzinin təşkilatçılığı ilə Lüksemburqun ATTF Təlim Mərkəzi tərəfindən “Maliyyə bazarları” mövzusunda təlim keçirilib.

 

Reklam_3_11

Maliyyə Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) çərçivəsində keçirilən tədbirdə ATTF Təlim Mərkəzinin eksperti Mark Venda tərəfindən səhm, istiqraz, valyuta və əmtəə bazarları, törəmə maliyyə alətləri və onların istifadəsi zamanı risklərin idarə edilməsi mövzuları üzrə beynəlxalq təcrübə və yeniliklər barədə ətraflı məlumatlar təqdim edilib. Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 17 bank nümayəndəsi və Palatanın əməkdaşları iştirak ediblər.

 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının ATTF Təlim Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində gələcəkdə də maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır.

19.12.2017 12:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ