Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda bu xəstəliklər ilə bağlı ölüm 15 faizədək artacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda bu xəstəliklər ilə bağlı ölüm 15 faizədək artacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2010-2020-ci illər ərzində Azərbaycanda Qeyri-infeksion xəstəliklər (QİX), o cümlədən, ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir".

 

Reklam_3_11

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransında çıxışı zamanı deyib.

 

O bildirib ki, rəsmi statistikaya əsasən, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur: "2008-ci ildə aparılmış təhlillərə əsasən Azərbaycanda bütün ölümlərin 87 faizi QİX-in payına düşür. Statistikanın təhlili göstərir ki, ürək-damar xəstəliklərindən ölənlərin sayı 51 faiz, xərçəng xəstəliyindən ölənlərin sayı isə 11 faizdir".

 

Mərkəz rəsmisi əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq: "Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirlli ölkələrə aid edilir) baş verəcək. Bundan başqa, 2020-ci ilədək heç bir tədbir görülməsə dünyada və Azərbaycanda bütün ölümlərdə QİX-in payı 73 faizədək artacaq".

 

©Report

20.12.2017 08:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ