Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AİB Azərbaycana 225 min dollar texniki yardım ayırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AİB Azərbaycana 225 min dollar texniki yardım ayırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Asiya İnkişaf Bankı (AİB) Azərbaycana strateji islahatların dəstəklənməsi üçün $225 min məbləğində texniki yardım ayırıb. Bu barədə bankdan məlumat verilib.

 

"Texniki yardımın əsas məqsədi Milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xətirəsinin səmərəli şəkildə həyata keçirilməsinə kömək etməkdir”, - deyə məlumatda bildirilir.

 

Bununla əlaqədar texniki yardım yeni ideyaların müəyyənləşdirilməsi və ən yaxşı beynəlxalq praktikanın tətbiqi hesabına strateji islahatların hazırlanması və həyata keçirilməsinin sürətləndirilməsinə yönəlib.

 

“Texniki yardım hesabına iki nəticəyə nail olunması planlaşdırılır: strateji islahatların həyata keçirilməsinə sürətli keçidin və nou-hau-ların tətbiqi üçün Azərbaycan hökumətinin potensialının möhkəmləndirilməsinin təmin edilməsi”, - deyə bankdan vurğulayıblar.

 

Texniki yardım çərçivəsində orta və uzunmüddətli dövr üçün dövlət müəssisələrinin iqtisadiyyatda rolunun qiymətləndirilməsi; dövlət müəssisələrinin səmərəliliyinin artırılmasının təhlili; ölkədə rəqabətin inkişafının stimullaşdırılması üçün tədbirlərin görülməsi; dövlət və özəl sektor arasında dialoqa yardım edilməsi planlaşdırılır.

 

Texniki yardım 31 mart 2019-cu il tarixinədək olan dövrü əhatə edir.

 

© “İnterfaks-Azərbaycan” 

20.12.2017 08:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ