Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bitcoin-in kəskin ucuzlaşmasının səbəbləri məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitcoin-in kəskin ucuzlaşmasının səbəbləri məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiyadan gələn son dəqiqə xəbərləri və kriptovalyuta bazarında sözü keçən bir sərmayəçinin (həm də ekspert) satış etdiyi barədə "tweet" yazması ilə, Bitcoin qiymətləri kəskin düşüb.


 

Reklam_3_11

Bitcoin-in qiyməti cümə günü rekord qıraraq 20 000 dolları keçmişdi. Virtual pul bu il təxminən 20 dəfə dəyər qazanıb. Nüfuzlu birjalar - Cboe Global, sonra da CME Group Bitcoin ilə fyuçerslər təqdim etməyə başlayıblar.

 

"Marja" xəbər verir ki, bu gün isə Bitcoin-in qiyməti 16 min dollardan aşağını görüb.

 
Sinqapur Mərkəzi Bankı Bitcoin qiymətlərindəki kəskin şəkildə yüksəlişin spekulyasiya mənşəli olduğunu və ani geriləmə olacağını bəyan edib. Bu açıqlamadan sonra ucuzlaşama başlayıb.


 
Reuters-ın xəbərə görə isə, Bitcoin əməliyyat həcminin 30 - 50% səviyyəsilə "aslan" payına malik olduğu Yaponiyada "Cis" adı ilə tanınan məşhur mütəxəssis satış xəbərdarlığı edib. Bununla Bitcoin qiymətində azalma baş verib.


 
21 milyard yen, yəni 186 milyon dollar aktivi olduğu bildirilən "dəllal" son 24 saatda yüksək miqdarda Bitcoin satdığını qeyd edib və sonra kriptovalyuta bazarı hərəkətə gəlib. Tokiolu analitiklərə görə, digər Yapon investorlar da analoji mövqe alıblar (Bitcoin satıblar). Nəticədə də Bitcoin qiymətləri sürətlə düşüb.

 
Bazar günü 20 min 52 dollara çıxan Bitcoin-in qiyməti 15 min 992 səviyyəsinə düşüb. Beləliklə, Bitcoin 2 gündə 18 faiz dəyər itirmişdir. Sentyabr ayında 40 faiz ucuzlaşama ilə 4 min 979 dollardan 2 min 972 dollara və noyabr ayında da 30 faiz itkilə 7 min 888 dollardan 5 min 555 dollara düşməsindən sonra, bu, Bitcoin qiymətlərindəki ən ciddi azalmadır.


 
Digər tərəfdən, Bitcoin və digər virtual pulların ən böyük əməliyyat həcminə malik olduğu Asiya bazarında, Cənubi Koreya və Yaponiyanın Mərkəzi Bankları Bitcoin üçün xəbərdarlıqlar etməyə davam edir.


 
Son olaraq Yaponiyanın maliyyə naziri Taro Aso Bitcoin üçün "Etibarlı bir pul vahidi deyil" demişdi.

20.12.2017 08:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ