Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Ayşən” baza yaradıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ayşən” baza yaradıb

7 marşrut üzrə 119 avtobusa xidmət edəcək yeni istehsalat bazası yaradılıb.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verilib.

 

Bildirilir ki, BNA-nın istehsalat bazasının yaradılması ilə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən, daha bir belə müəssisə istifadəyə verilib.

 

“Ayşən LTD” şirkətinə məxsus istehsalat bazası əsasən ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə 119 ədəd avtobusa xidmət edir. Bazada avtobuslara zəruri texniki quluq göstərilməsi üçün xüsusi texniki zonalar yaradılıb. Burada sürücülərin reysqabağı tibbi müayinəsi məqsədi ilə tibb məntəqəsi də fəaliyyət göstərir. Bazada avtobusların reysdən sonra xüsusi mühafizə olunan ərazidə saxlanılması üçün də şərait yaradılıb.

 

48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyənləşib. Çatışmazlıqların aradan qaldırılması məqsədi ilə Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində daşıyıcı şirkətlər tərəfindən 7 istehsalat bazası (qarajlar) təşkil edilərək istismara verilib. Müasir tələblər səviyyəsində yaradılan bazalar maddi-texniki avadanlıqlarla təchiz edilib. Qeyd edilən istehsalat bazaları üzrə ümumilikdə 37 marşrut xətti 515 ədəd ümumi istifadədə olan nəqliyyat vasitəsinə xidmət edir.

 

Agentlikdən bildirilib ki, daşıyıcı şirkətlər istehsalat bazalarını qoyulan tələblərə uyğun qurması ilə bağlı BNA-nın tələbini bir mənalı şəkildə yerinə yetirməlidir. Bu sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, eləcə də hazırda sərnişindaşımada mövcud olan bir çox problemlərin həlli baxımından vacib amildir. Bu tələbə əməl etməyən daşıyıcıların paytaxtın marşrut şəbəkəsində fəaliyyəti məhdudlaşdırılacaq.

20.12.2017 11:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ