Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

115 hektarda aqrobağ salınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
115 hektarda aqrobağ salınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ağdaş, Göyçay və Ucar ərzisində meşə zolaqlarının mühafizəsi, yeni mədəni meşəliklərin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi, eləcə də meyvə ağaclarından ibarət aqrobağların salınması diqqət mərkəzindədir.

 

Reklam_3_11

Ağdaş rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsindən bildiriblər ki, idarənin tabeliyində olan Ağdaş, Ağzıbir, Göyçay-Ucar meşəbəyliklərinin ərazisində cari ilin payız mövsümündə 130 hektar sahədə meyvə ağaclarından ibarət aqrobağların salınması ilə bağlı plan uğurla yerinə yetirilir. Bu günədək meşə idarəsinin əməkdaşları tərəfindən 115 hektar sahədə nar, tut, xurma və ərik ağacları əkilib. Meyvə bağlarının 3 hektarı Ucar, 4 hektarı Göyçay ərazisindəki, qalanı hissəsi isə Ağdaşın Abad, Qaradeyin, Ağzıbir və Ərəbşəki kəndləri ərazisindəki meşə fondunun torpaqlarında salınıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

 

Hazırda müəssisənin 5 hektarlıq tingçilik təsərrüfatında tut, xurma, gavalı, ərik, heyva, şaftalı, alça, gilas ağaclarının yetişdirilməsi üçün tədbirlər görülür. Lazımi qədər toxum tədarük olunub və hazırda əkinə hazırlıq işləri görülür. Bundan əlavə, cari ilin yaz aylarında müəssisənin ərazisində 110 hektar sahədə meyvə ağaclarından ibarət meşəbağ-aqrobağ salınıb.

 

Qeyd edək ki, idarə meşəliklərin salınması ilə yanaşı, onun mühafizəsini də uğurla həyata keçirir. Müəssisənin tabeliyində olan 7470 hektar meşə sahəsinin yanğından mühafizəsi üçün ətraf ərazidə 3 metr enində şum zolaqları çəkilib, vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb.

21.12.2017 06:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ