Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Biz investisiya bankının yaradılmasını müzakirə etməyə hazırıq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Biz investisiya bankının yaradılmasını müzakirə etməyə hazırıq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AzFinance” investisiya şirkəti biznesini inkişaf etdirmək üçün investisiya yatırımını bundan sonra da davam etdirəcək.

 

Reklam_3_11

Bu barədə “AzFinance” investisiya şirkətinin direktoru Abid Məmmədov “Azərbaycan kapital bazarları: gələcəyə baxış” adlı tədbirdə çıxışı zamanı bildirib.

 

“Biz qısa bir zamanda mənfəətlə işləməyə başladıq. Hazırda şirkət aktivlərin idarə edilməsi xidməti üzrə idarəetməyə cəlb edilmiş aktivlərini 50 mln. manata çatdırıb. Bizim nizamnamə kapitalımız isə 2 mln. manat təşkil edir”, - deyə o bildirib.

 

Onun sözlərinə görə, şirkət ticarət əməliyyatlarının sadələşdirilməsi üzərində işləyir. Direktorun fikrincə, bu proses 2-3 il vaxt alacaq.

 

“Biz son 2-3 il ərzində ticarət platformamızın yaradılması üzərində işlədik. Platformaya çəkilən xərclərin məbləği 300 min manat təşkil edib. Hesab edirik ki, xərclərimiz hədər getməyib. Bu platforma hesabına treyderlər öz sifarişlərini bircə dəqiqə ərzində yerləşdirməyə kömək edəcək. Bununla yanaşı, biz kağız dövriyyəsinin azaldılmasına və effektivliyin artırılmasına nail olacağıq”, - deyə şirkət rəhbəri vurğulayıb.

 

A.Məmmədov deyib ki, şirkət gələcəkdə ilk investisiya bankının yaradılması üzərində işləyəcək: “Biz investisiya bankının yaradılması perspektivini müzakirə etməyə hazırıq”.

 

© APA

21.12.2017 08:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ