Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Köhnə məhsulları "Yeni il hədiyyəsi" kimi satırlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Köhnə məhsulları "Yeni il hədiyyəsi" kimi satırlar"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bəzən Yeni il hədiyyə qutularının üstündəki tarixlə içərisində olan məhsullar eyni olmur. Bu səbəbdən də vətəndaşlar hədiyyə alarkən diqqətli olmalıdırlar".

 

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev dekabrın 21-də keçirdiyi mətbuat konfransında deyib.

 

Əvvəlki illərdə hədiyyə qutularında yararlılıq müddəti bitmiş məhsulların satışda olduğunu xatırladan İ.Abdullayev qeyd edib ki, əvvəllər vaxtı keçmiş şirniyyatların qutulara yerləşdirilməsi faktı olub:

 

"Amma indi sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlamalar apara bilmirik. Əgər müraciət olarsa, şikayət araşdırıla bilər".

 

"Bu ilin sonundan mərkəz qida təhlükəsizliyi məsələsinə nəzarət etməyəcək. Çünki bu sahəyə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək"- deyə o, vurğulayıb .

 

O, həmçinin bildirib ki, dövlət və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var:

 

"Bütün bağçalarda azyaşlılar üçün xüsusi menyuların tərtibinə diqqət ayrılır. Aparılan araşdırmalar zamanı müəssisələrdə bu normaları pozan rəhbərliklər müvafiq normalara uyğun cəzalandırılır. Hər bağçada uşaqların yaş həddi, orqanizmi nəzərə alınır. Qida rasionu azyaşlılar üçün olduqca önəmlidir və bu kimi norma pozuntuları kəskin şəkildə işıqlandırılmalıdır".

 

İmran Abdullayev onu da qeyd edib ki, bağçalarda zəhərlənmə halları da qidaların standartlara uyğun şəkildə saxlanılmaması ilə əlaqəlidir: "Ötən illə müqayisədə bu il belə şikayətlər azalıb".

21.12.2017 09:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ