Trump-ın maliyyə naziri namizədi Mnuchin: Dolların güclü olması mühümdür
Bu gün ABŞ-da prezident kürsüsünə oturacaq Trump-ın maliyyə naziri vəzifəsinə namizədi Steven Mnuchin, dolların ən güclü və cəlbedici pul vahidlərindən biri olmasının vacib olduğunu bildirib.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Mnuchin-dən dolların güclənməsi haqqında nə düşündüyü soruşulub.
Mnuchin, dolların ən güclü və cəlbedici pul vahidlərindən biri olmasının vacib olduğunu bildirərək, "ABŞ dolları, uzun müddətdir ən cəlbedici pul vahidi qalmaqda davam etdirir. Mən bunu çox əhəmiyyətli hesab edirəm. Valyutamız çox çox güclü və bütün dünyadan insanların ABŞ dollarına investisiya qoymaq istədiyini görürsünüz. Mən seçilmiş prezident Trumpın ABŞ dolları haqqındakı şərhlərinin uzunmüddətli olmadığını düşünürəm" açıqlamasını verib.
Trump, keçən həftənin sonunda Wall Street Journal-a verdiyi müsahibəsində, Dolların Çinin Yuanın dəyərini aşağı saxlaması səbəbindən "həddən artıq güclü" olduğunu söyləmişdi. "Bizim şirkətlərimiz onlarla rəqabət apara bilmir, çünki pulumuz çox dəyərlidir. Bu bizi öldürür" - ifadəsini işlədən Trump-ın bu şərhləri dolların zəifləməsinə səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 52 d. əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl