Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Babək"də hərəkət məhdudlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Babək"də hərəkət məhdudlaşdırılır

Babək prospektində "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqaməti üzrə təqribən 1 km-lik hissədə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

 

Agentlikdən verilən məlumata görə, həmin istiqamət üzrə hərəkət edən nəqliyyat vasitələri müvəqqəti olaraq əks istiqamətə yönəldilir.

 

Beləliklə, əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunur. Bu məqsədlə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədə yerləşən körpüdən enən kimi, nəqliyyat vasitələrinin əks istiqamətə çıxaraq hərəkətlərinə davam etməsi üçün yol ayrıcında xüsusi keçid hissə açılıb.

 

“Sürücülərdən sözügedən hissədə diqqətli olmaları xahiş olunur və imkan daxilində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.

21.12.2017 11:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ