Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Xarici investorların Azərbaycanın fond bazarına yolu açılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici investorların Azərbaycanın fond bazarına yolu açılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xarici investorların Azərbaycanın qiymətli kağızlar bazarına cəlb edilməsi və bunun üçün lazımi mexanizmlərin yaradılması ilə bağlı işlər aparılır.

 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu işləri dəstəkləyir. Bu barədə Maliyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İnfrastruktur Nəzarət idarəsinin rəhbəri Ruslan Babayev Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə bildirib.

 

Onun sözlərinə görə,  Milli Depozit Mərkəzinin qarşısında xarici investorların yerli bazarlara təşviq edilməsi və bu imkanların genişləndirilməsi vəzifəsi qoyulub. Bu məqsədlə Palata tərəfindən Avropada fəaliyyət göstərən depozitar mərkəzlərlə əlaqələr qurulub. Eyni zamanda MDM-ə bununla bağlı tövsiyyələr verilib. 


Bu yenilik, xarici investorların birbaşa Azərbaycanın qiymətli kağızlar bazarına çıxmasına və bu bazara yatırım etməsinə imkan verəcək. Qeyd edək ki, hazırda belə sistem mövcud deyil.


Hələlik xaricilər Azərbaycanda yalnız bir qiyməli kağıza – SOCAR istiqrazlarına vəsait yatırırlar. Son məlumatlara görə, Gürcüstan, Türkiyə, Rusiya, Qazaxıstan və Ukrayna vətəndaşları SOCAR İstiqrazları alıblar. Onlar bunu etmək üçün Azərbaycana gələrək yerli bankda dollar hesabı açıblar. Yeni sistemin qurulması isə xarici vətəndaşların ölkəyə gəlmədən bazara investisiya etməsinə imkan verəcək. 

 

© FED

22.12.2017 06:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ