Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alındı
Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Ticarət Evinin təşkili işləri davam etdirilir.
İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, Ticarət Evinin idarə olunması məqsədilə Latviyada “Azərbaycan Ticarət Evi" MMC (“Trading House of Azerbaijan”) yaradılıb və Latviya Respublikası Müəssisələrinin Kommersiya Reyestri tərəfindən qeydiyyata alınıb.
Azərbaycan Ticarət Evi yerli məhsullarımızın "Made in Azerbaijan" brendi altında Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, həmçinin Latviya vasitəsilə Avropa bazarına məhsul ixracı və satışında sahibkarları dəstəkləyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl