Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Haramı düzünə həyat verən şirkət!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Haramı düzünə həyat verən şirkət!

Ölkəmizdə qroparklardan biri də Füzuli rayonunun Haramı ərazisində yaradılır.

 

Reklam_3_11

“Natural Aqro” MMC-nin layihə rəhbəri İlham Hacıyev bildirib ki, “Füzuli Aqropark”ın yaradılmasında əsas məqsəd ölkəmizdə idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsidir.

 

2700 hektar ərazini əhatə edən aqroparkda lazımi infrastruktur yaradılıb. Yeraltı su boruları, 11 ədəd müasir pivot suvarma sistemi, nasosxana və hidratlar qurulub. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçiriləcək.

 

Pivot suvarma sistemlərinin üstünlüklərindən danışan layihə rəhbəri deyib: “Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Bu sistemlə suvarma nəticəsində suya qənaət edilir, su itkisinə yol verilmir. Torpaqların şoranlaşmasının qarşısı alınır. Bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir ki, bu da məhsuldarlığı bir neçə dəfə artırır”.

 

Aqropark ərazisinin 1500 hektarında yüksək reproduksiyalı, məhsuldar payızlıq buğda səpilib. Hazırda ziyanvericilərə, gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır. Yazda isə min hektarda soya və qarğıdalı əkilməsi nəzərdə tutulur.

 

Ərazidə yardımçı binalar və ofis tikiləcək, kənd təsərrüfatı texnikaları gətiriləcək. Layihə üzrə işlərin 2018-ci ildə tam başa çatdırılması nəzərdə tutulur.

 

Aqroparkın istifadəyə verilməsi ilə yüzə yaxın məcburi köçkün işlə təmin olunacaq.

 

Yeni yaradılan aqropark Füzuli rayonunun iqtisadiyyatının daha da inkişafına, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, əhalinin məşğulluğunun təmin olunmasına öz töhfəsini verəcək.

 

© Azərtac

22.12.2017 12:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ