Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Veysəloğlu" Şirkətlər Qrupu əsgərləri ziyarət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Veysəloğlu" Şirkətlər Qrupu əsgərləri ziyarət edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Veysəloğlu Şirkətlər Qrupu və Yeni Azərbaycan Partiyası (YAP) Nizami, Nəsimi və Nərimanov rayonu təşkilatlarının birgə təşəbbüsü ilə qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də yeni il bayramı öncəsi Tərtər rayonundakı “N” saylı hərbi hissədə olub, əsgər və zabitlərlə görüş keçiriblər.

 

Reklam_3_11

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, əvvəlcə qonaqlar cəbhəyanı və cəbhədə xidmət göstərən əsgərlərimizin məişət şəraiti ilə maraqlanıb, hərbi hissədə əsgərlər üçün yataqxana və yeməkxanada yaradılmış şaraiti qonaqlara əyani olaraq tanış olublar.

 

Qeyd edək ki, görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram təbriklərini çatdırıblar.

 

Görüşdə Bakının orta məktəblərində təhsil alan şagirdlərin ürək sözlərinin əks olunduğu məktublar əsgərlərə paylanılıb. Əsgərlər aldıqları məktubu yerindəcə oxuyaraq, böyük qürur hissi keçirdiklərini və ruhlandıqlarını bildiriblər.

 

Sonda Veysəloğlu Şirkətlər Qrupunun əsgərlər üçün göndərilən bayram sovqatı onlara təqdim olunub, qarşıdan gələn bayramları təbrik edilib.

22.12.2017 15:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ