Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın növbəti sürtgü yağları brendi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın növbəti sürtgü yağları brendi!

Azərbaycanda daha bir sürtgü yağları istehsalçısı fəaliyyətə başlayıb.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, söhbət Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “Alco Lubricant Company” MMC-dən gedir. 10 milyon dollar sərmayə nəticəsində ərsəyə gəlmiş Şirkətin Sürtgü Yağları Zavodunda il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunan 30 min ton müxtəlif növ yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı nəzərdə tutulub.

 

Almaniya texnologiyası əsasında yaradılan müəssisədə 100 nəfər daimi iş yeri ilə təmin olunacaq.

 

Zavodun yağları "AMİNOL" markası ilə bazara çıxardılacaq.

 

Zavodun  70 növdən artıq, geniş çeşiddə olan məhsulları müxtəlif sahələr üçün nəzərdə tutulub:

-Mühərrik yağları
-Hidravlik yağlar
-Transmissiya yağları
-Sənaye yağları
-Dəniz nəqliyyatı üçün yağlar
-Ağır tikinti və kənd təsərrüfatı texnikası üçün yağlar
-Digər sahələrdə istifadə olunan avadanlıqlar üçün nəzərdə tutulmuş sürtkü yağları və başqa sahələrdə istifadə olunan avadanlıqlar üçün nəzərdə tutulmuş sürtkü yağları.

 

ALCO Lubricants şirkətinin məhsullarının Türkiyə, Almaniya, Gürcüstan və digər MDB ölkələrinə ixracı nəzərdə tutulur.  

Qeyd edək ki, digər tanınmış yerli sürtgü yağları brendi "Technol"dur.

23.12.2017 04:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ