Bu gün Rusiya və Azərbaycan şirkətləri memorandumlar imzalayacaqlar
Dekabrın 25-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycana işgüzar səfər edəcək. Həmin səfər çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında niyyət memorandumları imzalanacaq.
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi xəbər verir ki, rusiyalı nazirin Bakıda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü planlaşdırılır. Maksim Oreşkin Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş iclasında və “Rusiya İxrac Mərkəzi” (“RİM”) səhmdar cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin açılışında iştirak edəcək.
İclas iştirakçıları Rusiya ilə Azərbaycan arasında, xüsusən energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və turizm kimi mühüm sahələrdə ticari-iqtisadi əlaqələrin cari vəziyyətini və perspektivlərini müzakirə edəcəklər. İnvestisiya layihələrinin və müvafiq təşəbbüslərin inkişafı, iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı fəaliyyət şərtlərinin yaxşılaşdırılması məsələləri həmin iclasda əsas müzakirə mövzuları olacaq.
Geniş iclasda Rusiyanın və Azərbaycanın icra hakimiyyəti orqanlarının və işgüzar ictimaiyyətin nümayəndələri iştirak edəcəklər. Tədbirdə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan-Rusiya işgüzar şurasının sədri İsgəndər Xəlilov və Rusiya-Azərbaycan işgüzar şurasının sədri Pyotr Fradkov təbrik nitqləri söyləyəcəklər.
İclas başa çatandan sonra iki ölkənin iqtisadiyyat nazirlərinin iştirakı ilə Rusiya və Azərbaycan şirkətləri arasında niyyət memorandumları imzalanacaq, B2B görüşlər və işgüzar əlaqələr birjası keçiriləcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl
- 4 saat əvvəl