Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Amrahbank" 2 nominasiya üzrə ölkənin ən fəal bankı seçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Amrahbank"  2 nominasiya üzrə ölkənin ən fəal bankı seçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

21 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2017” adlı tədbir keçirilib. Tədbir zamanı ABA-ya üzv olan müxtəlif üzv və təşkilatlar mükafatlandırılıb. Bu barədə Bankdan "Marja"ya daxil olmuş məlumatda qeyd olunur.

 

Reklam_3_11

Məlumatda bildirilir ki, tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-nin nümayəndələri və digər dəvətlilər iştirak ediblər.

 

Mükafatlandırma mərasimi zamanı Azərbaycan Banklar Assosiasiyası prezidenti cənab Zakir Nuriyev qeyd edib ki, 2017-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.

 

Amrahbank ASC "Korporativ sosial məsuliyyət" və "Ən fəal təhsil dəstəkçisi" nominasiyaları üzrə ölkənin ən fəal bankı kimi mükafatlandırılıb.

 

Xatırladırıq ki, Amrahbank ənənəvi bank fəaliyyəti ilə yanaşı elm, təhsil, sağlamlıq, idman və s. korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsini özünün əsas prioritetlərindən hesab edir. Bank tərəfindən bu tip tədbirləin keçirilməsində əsas məqsəd, ictimaiyyətdə mövcud olan problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, gənc nəslin maliyyə savadlılığının artırılmasına dəstək vermək, onların şəxsi inkişafını təmin etmək və gələcək fəaliyyətləri üçün stimul yaratmaqdır.

25.12.2017 09:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ