Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Güclü külək Göyçayda fəsadlar törədib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Güclü külək Göyçayda fəsadlar törədib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Göyçay rayonunda bu gün səhər saatlarından başlayaraq əsən güclü külək ayrı-ayrı təsərrüfat sahələrinə ciddi ziyan vurub. Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, küləyin təsiri nəticəsində Göyçay şəhərinin 3 ayrı-ayrı ərazisində, eləcə də kəndlərdə elektrik xətlərində problem yaranıb.

 

Hazırda rayon ərazisində 3-10 Kv.lıq, 3 kənddə isə hər birində 1 ədəd 10 Kv.lıq xətlər qırılıb və 6 elektrik dirəyi aşıb. Bu səbəbdən rayon üzrə elektrik verilişi tamamilə dayanıb.

 

Güclü külək bir çox yerdə ağacları və rabitə dirəklərini aşırıb, naqilləri qıraraq sıradan çıxarıb. Həmçinin şəhərin bir neçə küçəsində iri gövdəli ağaclar yaşayış evlərinin, yardımçı tikililərin üzərinə düşüb, hasar və evlərin divarları dağılıb. Külək rayon ərazisində fərdi yaşayış evlərinin, beşmərtəbəli yaşayış binasının, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin dam örtüyünü qoparıb.

 

Yeddi ədəd beş və üç mərtəbəli yaşayış binasının dam örtüyü qopub, bir mink avtomobili əzilib.

 

Güclü külək hələ də davam edir.

 

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən ərazilərə baxış keçirir və lazımi tədbirlər görülür.  

 

© APA

25.12.2017 13:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ