Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Banklarla investisiya şirkətlərinin maraqları toqquşmayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Banklarla investisiya şirkətlərinin maraqları toqquşmayacaq"

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) yerli banklara kapital bazarına birbaşa çıxış imkanının yaradılması, onların da investisiya xidmətləri göstərməsi ilə bağlı son vaxtlar səslənən təkliflərə münasibət bildirib.

 

Qurumun sədri Ceyhun İbrahimov deyib ki, bu məsələnin reallaşması investisiya şirkətlərinin işinə mənfi təsir etməyəcək və kapital bazarına fayda verəcək.

 

“İlk baxışdan belə təsəvvür yaranır ki, banklarla investisiya şirkətlərinin maraqları toqquşacaq. Amma bu, belə deyil. Bankların kapital bazarında birbaşa iştirakı, investisiya xidmətləri göstərməsi kapital bazarının inkişafına səbəb olacaq. Çünki bankların kifayət qədər kapitalı, geniş xidmət şəbəkəsi var. Bu məsələ qiymətli kağızlar bazarının inkişafına dair dövlət proqramına da daxildir.

 

Bir qədər əvvəl təklif olunmuşdu ki, klirinq əməliyyatlarında banklar agent kimi çıxış etsin, amma heç bir bank buna getmədi. Banklara investisiya xidmətləri göstərmək səlahiyyətinin verilməsi isə onları buna vadar edə bilər. Son nəticədə kapital bazarı böyüyə bilər. Yəni, mən bu məsələyə müsbət baxıram. Hesab edirəm ki, investisiya şirkətləri yenə işləyəcək, onların öz bazarı var və yenə də bu sektorun aparıcı qüvvəsi olacaqlar”, - deyə o, qeyd edib.

 

© “Renkinq”

25.12.2017 14:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ